BBC və Britaniya mediasında " siyasi məhbus " şousunun məqsədi nədir? - AÇIQLAMA

BBC və Britaniya mediasında " siyasi məhbus " şousunun məqsədi nədir? - AÇIQLAMA"The Independent", BBC və "The Guardian" ayrı-ayrı şəxsləri "siyasi məhbus" kimi təqdim edə bilər. Bu, həmin media qurumlarının siyasi və jurnalist mövqeyidir. Lakin beynəlxalq auditoriyaya sırf bu siyasi etiket üzərindən Azərbaycan haqqında hökm çıxarmaq düzgün deyil. Çünki Azərbaycan qanunvericiliyinə görə konkret cinayət işi üzrə təqsirləndirilən şəxsin statusunu media deyil, hüquqi prosedur və məhkəmə müəyyən edir. Əgər şəxs konkret cinayət əməllərində ittiham olunursa, həmin ittihamların mahiyyəti, sübutları, məhkəmə araşdırması və müdafiə tərəfinin mövqeyi də ictimaiyyətə təqdim edilməlidir. "Siyasi məhbus" ifadəsini təkrar-təkrar işlətməklə məhkəmə prosesinin hüquqi mahiyyətini kölgədə qoymaq isə artıq jurnalistikanın deyil, siyasi interpretasiyanın sərhədlərinə yaxınlaşır.

Mövzu ilə bağlı Sonxeber.az- a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, bugün media qurumlarının biz Azərbaycana qarşı zaman-zaman böhtan xarakterli yazılarının şahidi olmuşuq:

"Onların Azərbaycana qarşı qərəzli mövqeyi əsasən Avropada, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən erməni diasporu ilə sıx əlaqədə olmasından qaynaqlanır. Zaman-zaman Azərbaycanda bu kimi media qurumları guya insan haqlarının pis vəziyyətdə olması və yaxud da, siyasi məhbus kimi problemləri qabardırlar və çox qəribə şəxslərin adlarını siyasi məhbus kimi təqdim edirlər ki, burada da əsas məqsəd öz ölkələrində olan ictimaiyyəti Azərbaycana qarşı çaşdırmaqdır. Onlar Azərbaycanı tamamilə fərqli bir müstəvidə təqdim edirlər. Bu müharibə dövründən əvvəl də olub, müharibə dövründə daha da aktivləşdilər, Azərbaycan əleyhinə müxtəlif səpkili fikirlər səsləndirdilər"
Politoloq onu da əlavə edib ki, bu kimi media qurumları COP29-un Azərbaycanda keçirilməsinə mane olmaq məqsədilə həmin ərəfədə xüsusi fəallıq göstəriblər".

Zeynal Əmrəliyev vurğulayıb ki, "COP29 ərəfəsində yenidən aktivləşmə müşahidə olundu:

"Bir sıra media qurumları fəallıq göstərməyə başladılar. Biz müharibə dövründə onların canlı şahidi olurduq ki, cənab Prezidentlə müsahibələrində necə böhtan xarakterli fikirlər səsləndirirdilər və dövlət başçısı İlham Əliyev də çox düzgün şəkildə, ustalıqla həmin bu təxribatçı media qurumlarını susdururdu. Bunlar tamamilə əsassız yazılardır, onlar xaricdə oturub nə bilirlər ki, Azərbaycanın daxilində hansı proseslər baş verir? Ölkənin nüfuzuna xələl gətirəcək yazılar yazıb ölkəni nüfuzdan salma kampaniyası təşkil edirlər".

Bir şəxsin xarici media tərəfindən "siyasi məhbus" adlandırılması onun Azərbaycan qanunvericiliyində konkret cinayət əməlinə görə təqsirləndirilməsi faktını avtomatik olaraq aradan qaldırmır. Eyni zamanda, Azərbaycan dövlətinin mövqeyinin də qarşı tərəfin iddiaları qədər geniş və ciddi şəkildə təqdim olunması beynəlxalq jurnalistikanın obyektivlik prinsipinin tələbidir. Məsələ məhz budur: xarici media "siyasi məhbus" deyə bilər, amma Azərbaycan cəmiyyətinin haqqı var soruşsun - konkret ittiham nədir, hansı sübutlar var, məhkəmə nə qərar verib, müdafiə tərəfi nə deyir? Bu suallar verilmədən yalnız siyasi etiketin önə çıxarılması Azərbaycan dövlətini əvvəlcədən təqsirli tərəf kimi təqdim etmək cəhdinə çevrilir".

Zeynal Əmrəliyev söyləyib ki, Azərbaycanın hüquqi sisteminə irad bildirmək olar, məhkəmə qərarlarını tənqid etmək olar, hətta ayrı-ayrı işlərdə beynəlxalq standartlar tələb etmək də mümkündür:

"Amma bütün bunlar Azərbaycan dövlətinin cinayətlə mübarizə aparmaq, dövlət təhlükəsizliyini qorumaq və qanun qarşısında məsuliyyət tələb etmək suveren hüququnu inkar etmir. Dövlətin legitim təhlükəsizlik maraqlarını avtomatik olaraq "siyasi repressiya" kimi təqdim etmək isə həm hüquqi, həm də siyasi baxımdan birtərəfli yanaşmadır.
Əgər söhbət hüquqdan gedirsə, onda hüququn bütün tərəfləri görünməlidir. Əgər söhbət jurnalistikadan gedirsə, onda bütün tərəflər dinlənilməlidir. Yox əgər əvvəlcədən müəyyən edilmiş siyasi hökm verilib, sonra həmin hökmü əsaslandırmaq üçün yalnız uyğun faktlar seçilirsə, bunun adı obyektiv jurnalistika deyil.

Azərbaycanın dövlət maraqları, milli təhlükəsizliyi və hüquqi sistemi haqqında hökm vermək heç bir xarici media qurumunun müstəsna səlahiyyəti deyil. Azərbaycan xalqının da öz dövlətini müdafiə etmək, öz məhkəmələrinin qərarlarının hüquqi mahiyyətinin təhrif olunmasına etiraz etmək və ölkəsi haqqında yaradılan birtərəfli informasiya obrazına cavab vermək haqqı var. Bu baxımdan Britaniya mediasının son kampaniyası mətbuat azadlığı deyil. Burada artıq Azərbaycanın suveren hüquqlarının, hüquq sisteminin və beynəlxalq imicinin necə təqdim edildiyi məsələsi dayanır. Azərbaycan dövlətini hədəfə gətirən siyasi narrativlər nə qədər yüksək tribunadan səsləndirilsə də, onlar hüquqi faktların yerini tuta bilməz. Siyasi etiket məhkəmə hökmü deyil. Media başlıq yaza bilər, amma hüquqi həqiqəti sübut etmək üçün başlıq kifayət etmir".

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 271   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021