Prezident: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır"
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
Prezident İlham Əliyev müraciətində bildirib: "Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda, Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişafı üçün mühüm platformadır".
"1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirdi. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanmış, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb.
Bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunub ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir. Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcək.
Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcək", - deyə müraciətdə qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 167 Tarix: 25 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞanlı Qələbə tarixdə əbədi qalacaq
Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan Zəfər sevincini yaşayır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən savaşı nəticəsində 44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyə
25 sentyabrŞanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi
Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlə
25 sentyabrPrezident Tacikistanın baş nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. -a istinadən xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxş
25 sentyabrİlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"
"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. "Bizdə kriminogen vəziyyə
26 sentyabr27 sentyabr - yaddaşlara həkk olunan Anım günü
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncamı şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını bel
25 sentyabrBayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki
25 sentyabr