Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmək üçün kifayət qədər məlumata malik olmur.
Bəs vətəndaş tikinti zamanı hansı əlamətlərə diqqət yetirməli, materialların keyfiyyətsiz olduğunu necə müəyyən edə bilər? Belə hallarda hansı addımlar atılmalı və tikinti şirkətlərinin məsuliyyəti necə qiymətləndirilməlidir?
Mövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan Sonxeber.az-a açıqlamasında bildirdi ki, əvvəla bunu bildirim ki, Tikinti materialının keyfiyyətini görünüşü yox, sertifikatı və laboratoriya nəticəsi müəyyən edir. İnşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, vətəndaş tikintidə istifadə olunan materialın keyfiyyətini yalnız onun rənginə, görünüşünə və qiymətinə əsasən müəyyən edə bilməz. Xüsusilə beton, armatur, sement və digər daşıyıcı konstruksiya materiallarının keyfiyyəti müvafiq texniki sənədlər və laboratoriya sınaqları ilə təsdiqlənməlidir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 54-cü maddəsinə əsasən, tikintidə istifadə olunan materiallar layihə tələblərinə uyğun və sertifikatlaşdırılmış olmalıdır. Vətəndaş ilk növbədə materialların uyğunluq sertifikatları, istehsalçı məlumatları və texniki göstəriciləri ilə maraqlanmalıdır. Məsələn, betonun möhkəmlik sinfi, armaturun markası və mexaniki xüsusiyyətləri layihədə nəzərdə tutulan göstəricilərə uyğun gəlməlidir.
Bir memar kimi bildirmək istəyirəm ki, ən böyük təhlükələrdən biri keyfiyyətsiz materialın sonradan betonun, suvağın və ya fasadın altında gizlənməsidir. Buna görə tikinti zamanı gizli işlərin aktlaşdırılması, beton nümunələrinin laboratoriyada yoxlanılması və müstəqil texniki nəzarət xüsusi əhəmiyyət daşıyır. Əgər vətəndaşda materialların keyfiyyəti ilə bağlı əsaslı şübhə yaranırsa, müstəqil mütəxəssisə müraciət etməli, sənədlərin yoxlanılmasını və zərurət olduqda akkreditə olunmuş laboratoriyada sınaq aparılmasını tələb etməlidir. Ciddi təhlükəsizlik şübhələri barədə Fövqəladə Hallar Nazirliyinin tikintiyə dövlət nəzarəti üzrə aidiyyəti qurumuna rəsmi müraciət etmək mümkündür.
"VR Standartları 2026" metodikasının keyfiyyətə və insan təhlükəsizliyinə yönəlmiş yanaşması baxımından da tikinti materialı yalnız qiymətinə görə deyil, layihəyə uyğunluğu, təhlükəsizliyi və istismar xüsusiyyətləri əsasında qiymətləndirilməlidir. Mənim mövqeyim qətidir: tikintidə keyfiyyətə qənaət etmək olmaz. Çünki keyfiyyətsiz materialın nəticəsi yalnız əlavə təmir xərci deyil, insanların həyatı üçün ciddi təhlükə ola bilər. Vətəndaş binanın fasadına yox, onun necə və hansı materiallarla tikildiyini təsdiqləyən sənədlərə diqqət yetirməlidir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Ən faydalı və ən zərərli balıq növləri
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
"Sevgi təkbaşına kifayət etmir"
"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı