Süni intellektə həddindən artıq güvənmək ideya yaratmaq qabiliyyətini zəiflədə bilər
Süni intellektin düşünmə prosesində daha çox məsuliyyəti üzərinə götürməsi insanların müstəqil qərarvermə və yaradıcı ideyalar hazırlamaq bacarığına mənfi təsir göstərə bilər. Psixoloqların apardığı araşdırma göstərib ki, həll yollarını əsasən süni intellektdən gözləyən iştirakçılar daha az orijinal, faydalı və həyata keçirilə bilən layihələr hazırlayıblar.
Qaynarinfo xəbər verir ki, nəticələri Frontiers in Psychology jurnalında dərc olunan tədqiqat Şanxay Pedaqoji Universiteti və Şandun Universitetinin alimləri tərəfindən aparılıb. Dörd eksperimenti əhatə edən araşdırmada 728 nəfər iştirak edib.
İştirakçılardan ağıllı ev üçün cihaz, şəhər məhəlləsinin sakinlərinə xidmət göstərəcək platforma və ictimai məkanın yenilənməsi ilə bağlı layihələr hazırlamaq istənilib. Bir qrup iştirakçıya hazır həllər təklif edən və ilkin layihələrə rəy bildirən süni intellekt köməkçisi təqdim olunub. Digər qrup isə yalnız məlumat xarakterli suallara cavab verən sistemdən istifadə edib.
Layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirilib. Nəticədə süni intellektdən daha çox hazır həll alan qrup yenilik, faydalılıq və praktik tətbiq imkanları üzrə digər iştirakçılardan geri qalıb.
İnsanlar öz düşüncələrini yoxlamağı dayandırır
Tədqiqatçılar müəyyən ediblər ki, süni intellektin təkliflərinə daha çox güvənən iştirakçılar qərarlarını əvvəlcədən planlaşdırmağa, mühakimələrinin düzgünlüyünü yoxlamağa və yekun nəticəni təhlil etməyə daha az vaxt ayırıblar.
Psixologiyada bu hal metakoqnitiv fəaliyyətdən uzaqlaşma kimi izah olunur. Başqa sözlə, insan öz düşüncə prosesini izləmək, qiymətləndirmək və lazım gəldikdə dəyişmək qabiliyyətinə malik olsa da, həmin bacarıqlardan əvvəlki kimi istifadə etmir.
Alimlərin fikrincə, süni intellektin səlis və inandırıcı cavabları insanda həmin məlumatların səhvsiz olması təəssüratı yarada bilər. Belə olduqda istifadəçi cavabları oxuyub redaktə etsə də, onların doğruluğunu şübhə altına almağa və alternativ həllərlə müqayisə etməyə daha az meyil göstərir.
Bu təsir xüsusilə mürəkkəb tapşırıqlarda nəzərə çarpıb. Məsələn, 500 əməkdaşı olan şirkət üçün güzəşt proqramı hazırlamaq kimi çoxmərhələli məsələlərdə nəticələrin keyfiyyəti daha çox zəifləyib. Çünki belə problemlər davamlı planlaşdırma, yoxlama və müstəqil qiymətləndirmə tələb edir.
Süni intellekt savadlılığı riskləri azalda bilər
Araşdırma göstərib ki, generativ süni intellektin necə işlədiyini və hansı hallarda səhv edə biləcəyini anlayan iştirakçılar öz tənqidi yanaşmalarını daha yaxşı qoruyublar. Bu şəxslərin hazırladığı ideyaların keyfiyyəti süni intellektdən geniş istifadə nəticəsində daha az zəifləyib.
Tədqiqatın müəllifləri süni intellekt köməkçilərinə istifadəçiləri müstəqil düşünməyə təşviq edən funksiyaların əlavə edilməsini təklif edirlər. Məsələn, sistem hazır cavab verməzdən əvvəl istifadəçidən ilkin ehtimallarını soruşa, alternativ həlləri müqayisə etməyi təklif edə və nəticəni tənqidi qiymətləndirməyi xatırlada bilər.
Alimlərin əsas tövsiyəsi vacib qərarların və həll yollarının əsasını insanın özünün formalaşdırması, süni intellektdən isə köməkçi vasitə kimi istifadə etməsidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Prezident onları təltif etdi - Adlar
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Ən faydalı və ən zərərli balıq növləri
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...