Ursula fon der Lyayen Navrotski ilə birgə mətbuat konfransında iştirakdan imtina edib
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşa Prezidenti Karol Navrotskinin də iştirak edəcəyi Slovakiyanın Trençin şəhərində birgə mətbuat konfransına qatılmaqdan imtina edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qərar Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranmış siyasi böhranın kəskinləşməsi fonunda qəbul edilib.
Planlaşdırılırdı ki, fon der Lyayen Vişeqrad Qrupunun (Slovakiya, Çexiya, Macarıstan və Polşa) Trençində keçirilən sammitinin yekunlarına dair birgə mətbuat konfransında çıxış etsin.
Avropa Komissiyasının sədri Vişeqrad Qrupu ölkələrinin prezidentlərinin görüşündə iştirakdan da imtina etmək istəyib. Lakin bu addımın mənfi reaksiyalara səbəb ola biləcəyindən ehtiyat edərək fikrini dəyişib.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maciej Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra başlayıb.
Son həftələr ərzində məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib. Oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Şvençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət təqdim edib.
Bunun ardınca məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısına toplaşaraq mühafizə səddini yarmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın daha da kəskinləşməsi səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Polşanın bir sıra müxalifət siyasətçiləri ölkədə baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 114 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub. Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığın
5 noyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) təfərrüatları açıqlamadan raketin buraxılışını qeydə aldığını bildirib. Ötən həftə Şimali Koreya Vonsan bölgəsində
4 noyabrAlman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı
Almaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib. xəbər verir ki, bu barədə mənbələrə istinadən "Tagesspiegel"
5 noyabr"Qazaxıstan rus ölkəsidir" deyən şəxs həbs edilib
Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və "Qazaxıstan rus ölkəsidir" deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib. " "ə istinadən xəbər verir ki, hadisə mühafizəçinin əlində enerji içkisi olan alıcıdan qəbz istəməsi ilə başlayıb. Kişi qəbz
4 noyabrUkrayna dronları Rusiyanın cənubundakı Ozon anbarına zərbə endirib
Ukrayna dronları Adıgey Respublikasına hücum edib. xəbər verir ki, bunu bölgə rəhbəri Murat Kumpilov bildirib. Hücum nəticəsində Adıgeyskdəki Ozon logistika mərkəzinin ərazisində yanğın baş verib. "Kompleksin personalı təxliyə edilib, hazırda xəsarət alanlar və ya ölüm halları barədə məlumat yoxdur"
4 noyabrErmənistan AB-nin bu proqramlarına qoşulur
Ermənistanın gömrük sahəsində "Customs" və "Fiscalis" əməkdaşlıq proqramlarında iştirakına dair AB ilə sazişin imzalanması təklifi təsdiqlənib. xəbər verir ki, bu barədə müvafiq qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul edilib. Qeyd olunub ki, proqramlara qoşulm
5 noyabrÇin Filippinə xəbərdarlıq etdi: Cənubi Çin dənizində gərginlik yenidən artır
Çin və Filippin arasında Cənubi Çin dənizi ilə bağlı ərazi mübahisəsi yenidən diplomatik gərginliyə səbəb olub. Pekin Manilanı mübahisəli dəniz əraziləri ilə bağlı açıqlamalarında və addımlarında ehtiyatlı olmağa çağırıb. Çin Xarici İşlər naziri Vanq Yi Filippinin xarici işlər naziri Tereza Lazaro il
4 noyabr