Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb
Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı daha altı ay uzadıb.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika nazirinin 30 oktyabr 2026-cı il tarixli "Qazaxıstan Respublikası ərazisindən neft məhsullarının çıxarılması ilə bağlı bəzi məsələlər haqqında" əmrində bildirilib.
Qadağa altı ay müddətinə - 2026-cı il noyabrın 22-dən 2027-ci il mayın 22-dək tətbiq ediləcək. Bu, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə çıxarılmasına da aiddir.
Beləliklə, benzinin, dizel yanacağının və bəzi növ neft məhsullarının avtomobil nəqliyyatı ilə ölkədən çıxarılması qadağan edilir.
Daha bir qadağa Qazaxıstandan Aİİ-nin gömrük ərazisindən kənara yüngül distillatların, aviasiya kerosinlərinin və dizel yanacağının və s. çıxarılmasına aiddir. Sənəd noyabrın 16-da qüvvəyə minəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 139 Tarix: 06 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimali Koreya hərbi təlimlər keçirir
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR uzun mənzilli strateji qanadlı raketlərdən istifadə edərək hərbi təlimlər keçirib. xəbər verir ki, KXDR-in şərqində raket bölməsinin atəş bölməsinin nümayiş təlimləri keçirilib. "Təlimlərdə iştirak edən bölmə ənənəvi aerodromu uzaqmənzill
5 noyabrDublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib
Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib. xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən məlumat yayıb. "Dublin-Roma reysini həyata keçirən "A320"
5 noyabrTürkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb
İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar
5 noyabrHimalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
4 noyabrTramp fond bazarının çökməsinə görə Demokratları günahlandırır
ABŞ prezidenti Donald Tramp fond bazarındakı kəskin enişdə Demokrat Partiyasını və seçki nəticələrini günahlandıraraq bildirib ki, Amerika fond bazarları tarixinin ən pis günlərindən birini yaşayıb. xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində yazıb: "Seçki nəticələrinə görə fond bazar
6 noyabrGələcəkdə yay yarım il davam edə bilər
Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ardıcıl altı ayadək davam edə bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berlin Azad Universitetinin Avstraliya, İsveçrə və Yen
5 noyabr