Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Prezident Ağdamda zeytun ağacı əkdi - FotolarAzərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirildi ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.

Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.

Burada ildə 10 min ton zeytun (və ya 2 min ton yağ) istehsalı planlaşdırılır. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.

Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu (3690 metr) təmir olunub, inzibati və texniki zonalar yaradılıb. On hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi, meteostansiya yaradılıb.

Dövlətimizin başçısına ölkəmizdə qoz istehsalı sənayesi barədə də məlumat verildi. Azərbaycana qoz idxalının əvəzlənməsi və ixracyönümlü qoz istehsalı sənayesinin yaradılması məqsədilə 2017-ci ildən başlayaraq "Aqroinkişaf 2017" MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz növləri yetişdirilən bağların salınması artıq yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. MMC tərəfindən bu müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton qoz olan qurğular alınaraq istismara verilib.

Toplanmış qoz məhsulu əsasən daxili bazarda satılmaqla yanaşı, xarici bazarlara da (Türkiyə, Gürcüstan, Rusiya, İtaliya) ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.

Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyevə "Acınohur Zeytun vadisi" layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verilib.

Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkib.

Prezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - FotolarPrezident Ağdamda zeytun ağacı əkdi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 165   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşanın azad olunması 44 günlük müharibənin taleyini necə dəyişdi? - AÇIQLAMA

"Şuşanın azad olunması hərbi-siyasi tariximizin ən böyük hadisələrindən biridir. Bu hadisənin həm ondan əvvəl baş verən proseslərin yekunlaşmasında, həm də sonrakı hadisələrin müəyyənləşməsində çoxşaxəli təsirləri olub. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll etdi. Çünk

5 noyabr
.

Prezident Şuşada açılışda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsil

7 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

6 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verildi. Bildirildi ki, kitabxan

7 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr