ABŞ Konqresində Pentaqon rəhbəri Pit Heqsetin impiçment cəhdinin qarşısı alınıb

ABŞ Konqresində Pentaqon rəhbəri Pit Heqsetin impiçment cəhdinin qarşısı alınıbABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar müdafiə naziri Pit Heqsetin impiçmentinə dair təşəbbüsün qarşısını alıblar.
Bizimyol.info xəbər verir ki, respublikaçı konqresmen Tomas Massi Heqseti İran müharibəsi zamanı Konstitusiyanı pozmaqda, mülki şəxslərin ölümünə səbəb olan əməliyyatlarda, eləcə də Konqresin icazəsi olmadan Venesuela və Yəməndə hərbi əməliyyatlar aparmaqda ittiham edib.

Respublikaçılar impiçment təşəbbüsünü Nümayəndələr Palatasının Hüquq Komitəsinə göndərmək təklifi ilə çıxış ediblər. Səsvermədə bu qərar 211 lehinə, 204 əleyhinə səslə qəbul olunub. Tomas Massi qərarın əleyhinə səs verən yeganə respublikaçı olub.

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticəsini alqışlayaraq Heqsetin "böyük Amerika vətənpərvəri" olduğunu bildirib. Pentaqon isə qərarı müdafiə naziri üçün "tam qələbə" adlandırıb.

Heqset impiçment təşəbbüsünü "siyasi tamaşa" və "məzhəkə" kimi qiymətləndirərək rədd edib.

Bununla belə, demokratların noyabrda keçirilən aralıq seçkilərdə qazandığı üstünlük impiçment məsələsinin gələcəkdə yenidən gündəmə gəlməsi ehtimalını artırır. Nümayəndələr Palatasının demokrat lideri Hakim Cefris Heqsetin milli təhlükəsizliyə zərər vurduğunu bildirərək onun impiçmentini dəstəklədiyini açıqlayıb.

İmpiçment təşəbbüsü qəbul edilsəydi, onun qüvvəyə minməsi üçün respublikaçıların nəzarətində olan Senatın da təsdiqi tələb olunacaqdı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 230   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ və Çin Sİ bağlı insidentlər barədə xəbərdarlıq üçün birbaşa əlaqə kanalı yaradır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyaları sahəsində baş verə biləcək insidentlər barədə operativ məlumat mübadiləsi aparmaq üçün birbaşa əlaqə kanalı yaradır. xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent noyabrın 10-da bəyan edib. "ABŞ Prezidenti Donald Trampın tapşırığı il

11 noyabr
.

NASA Ay infrastrukturu üçün 10 mlrd. dollar vəsait ayırıb

NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb. xəbər verir ki, bu barədə NASA administratoru Cared İsaakman məlumat verib. O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:

11 noyabr
.

Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib. xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyin

10 noyabr
.

Fransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb

Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib. Fransanın xarici işlər nazir

10 noyabr
.

Almaniya təhlükəsizlik narahatlıqlarına görə hərbi bazalarda Çin istehsalı dronları qadağan edib

Almaniya təhlükəsizlik risklərini əsas gətirərək Çin istehsalı olan kommersiya dronlarının hərbi bazalarda və təlim poliqonlarında istifadəsini qadağan edib. xəbər verir ki, qərar dərhal qüvvəyə minib. Son illərdə hərbi bölmələr tərəfindən alınmış Çin istehsalı dronların mümkün qədər tez xidmətdən çıxarılmas

11 noyabr
.

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih

11 noyabr
.

Tramp Putinə Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamağı təklif etdi

ABŞ Rusiyanın Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamasını təklif edib. Onlar bildiriblər ki, bu məsələ Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların əsas mövzusu olub. xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyəti iddia edib ki, Ukraynadakı tammiqyaslı müharibə keçmiş ABŞ prezidenti Co Baydeni

12 noyabr
.

Rusiya Ukraynanın enerji sisteminə ağır zərbə endirdi - Bir neçə regionda elektrik kəsildi

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində ölkənin bir neçə regionunda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Reuters-in məlumatına görə, Rusiya qüvvələri gecə saatlarında Ukraynanın müxtəlif regionlarında enerji obyektlərin

11 noyabr
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11 noyabr