Bu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər - ARAŞDIRMA
Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər.
Sonxeber.az xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalında dərc olunan araşdırmada bildirilib.
Böyük Britaniyanın Anqlia Raskin Universitetinin tədqiqatçıları 250 791 nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Təxminən 14 il davam edən müşahidə müddətində iştirakçılar arasında 10 335 kəskin böyrək zədələnməsi halı qeydə alınıb.
Nəticələrə görə, yüksək dərəcəli spirtli içkilərdən daha çox istifadə edənlərdə böyrəklərin kəskin zədələnməsi riski ən az istifadə edənlərlə müqayisədə 25,5 faiz yüksək olub. Pivə istehlakında isə bu göstərici 14,8 faiz təşkil edib.
Tədqiqatçılar qırmızı və ağ şərabın istifadəsi ilə böyrək zədələnməsi arasında statistik əhəmiyyətli əlaqə müəyyən etməyiblər. Bununla belə, bu nəticə şərabın böyrəklər və ümumi sağlamlıq üçün təhlükəsiz olduğu anlamına gəlmir.
Alimlər vurğulayıblar ki, araşdırma spirtli içkilərlə böyrək zədələnməsi arasında əlaqəni göstərir, lakin birbaşa səbəb-nəticə münasibətini sübut etmir.
Qeyd olunub ki, kəskin böyrək zədələnməsi sonradan xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı və vaxtından əvvəl ölüm riskini artıra bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 345 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRomantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq
Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz
15 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrQədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib
Qədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar. xəbər verir ki, bu barədə elmi araşdırmaya istinadən məlumat yayıb
19 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabr