İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edirABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbul edilməyib. Reuters-in məlumatına görə, noyabrın 19-da keçirilən səsvermədə təşəbbüsün əleyhinə 51, lehinə isə 48 senator səs verib. Bununla da prezidentin hərbi səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətindəki cəhd nəticəsiz qalıb.

Digər tərəfdən, İsrailin İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsi üçün ABŞ-la təmasları davam etdirilir. Reuters-in məlumatına görə, İsrail kəşfiyyatının rəhbəri Roman Qofman ABŞ-a səfəri zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və xüsusi nümayəndə Stiv Uitkoffla görüşüb. Görüşlərdə İranla bağlı kəşfiyyat məlumatları və mümkün hərbi addımlar müzakirə olunub. Məlumata əsasən, İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı yeni əməliyyat üçün məhdud zaman pəncərəsinin olduğunu düşünür.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, bu arada ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu ilə bağlı da diqqətçəkən dəyişiklik baş verib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS George Washington təyyarədaşıyan gəmisi bölgəni tərk edib. Stars and Stripes nəşrinin məlumatına görə, USS Theodore Roosevelt və USS George H.W. Bush təyyarədaşıyan gəmiləri isə Yaxın Şərqdə qalır. Nəşr həmçinin Donald Tramp administrasiyasının İranla bağlı durğunluğu aradan qaldırmaq məqsədilə yeni genişmiqyaslı hava zərbələri variantını nəzərdən keçirdiyini yazıb. Müzakirə olunan ssenarilər arasında 4-7 gün davam edə biləcək hava əməliyyatı da var. Belə bir əməliyyatın İranın raket və pilotsuz uçuş aparatları ehtiyatlarına, eləcə də enerji obyektlərinə yönələ biləcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp isə İranın kimyəvi və bioloji silah hazırlamaq ehtimalı ilə bağlı açıqlama verib. CBS News-un məlumatına görə, Tramp İranın nüvə proqramına endirilən zərbələrdən sonra bu istiqamətdə addımlar ata biləcəyinə dair əlamətlərin olduğunu bildirib. Bununla belə, Tehranın həqiqətən kimyəvi və ya bioloji silah hazırladığına dair müstəqil təsdiqlənmiş sübut təqdim edilməyib.

İran tərəfi də hərbi imkanları ilə bağlı sərt bəyanatlarını davam etdirir. Aljazeera-nın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşaviri, briqada generalı Əli Bəlali ölkənin mümkün hücumlara cavab olaraq raket zərbələrini yeni coğrafi ərazilərdə həyata keçirməyə hazır olduğunu açıqlayıb. O, İranın raket imkanlarının düşmən hesab etdiyi qüvvələrin mövcud olduğu ərazilərə zərbə endirməyə imkan verdiyini bildirib.

Hərbi gərginlik fonunda Hörmüz boğazında baş verən hadisələr də diqqət mərkəzindədir. İran tərəfi boğazda daha iki neft tankerinin dəniz minalarına düşdüyünü və gəmilərdə yanğın baş verdiyini iddia edib. Lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib. Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri olduğundan, burada təhlükəsizliyin pozulması beynəlxalq neft bazarına və enerji təchizatına təsir göstərə bilər.

Beləliklə, ABŞ və İran arasında qarşıdurma yalnız hərbi müstəvidə deyil, diplomatik və iqtisadi sahələrdə də davam edir. Vaşinqtonun Tehrana qarşı təzyiqləri, İsrailin yeni hərbi əməliyyatlarla bağlı mövqeyi və İranın raket imkanları barədə bəyanatları regionda gərginliyi gündəmdə saxlayır. Bununla yanaşı, tərəflər arasında diplomatik danışıqlarda Hörmüz boğazı, dəniz blokadası və İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə razılığın əldə olunmaması vəziyyətin mürəkkəbliyini artırır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 342   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda matəm elan edildi

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək

20 noyabr
.

Fransa Ukraynaya 2 qırıcı verəcək

Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü

19 noyabr
.

Putinlə Trampın görüşü başa çatdı - Video - Yenilənib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur. Bu görüş Putin və Tramp arasınd

19 noyabr
.

İranla bağlı kritik qərar ərəfəsi: ABŞ yeni hücum variantlarını müzakirə edir

ABŞ və İran arasında hərbi qarşıdurma ilə bağlı gərginlik davam edir. Vaşinqtonun Tehrana qarşı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi bir vaxtda ABŞ Senatında prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını davam etdirməsi üçün Konqresin razılığını tələb edən qanun layihəsi qəbu

20 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Kaliforniyada 5,1 maqnitudalı zəlzələ olub

ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Si Cinpin: Çin, Rusiya və ABŞ-ın İkinci Dünya müharibəsində qələbəsi dünyaya sülh gətirib

Çin Sədri Si Cinpin İkinci Dünya müharibəsində Çin, Rusiya və ABŞ-ın qələbəsinin bütün dünyada sülh və sabitliyin təmin olunmasına xidmət etdiyini bildirib. xəbər verir ki, Si Cinpin bu barədə Çinin Şençjen şəhərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfl

19 noyabr
.

13 yaşdan kiçiklərə sosial medianı qadağan edirlər

İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsinin tamamilə qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Tənzimləmənin ayın sonuna qədər parlamentdə səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir. "Qafqazinfo" xəbər veri

19 noyabr