Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAYaşıl çay sağlamlıq üçün faydalı hesab edilsə də, bazarda satılan məhsulların keyfiyyəti və tərkibi eyni deyil. Xüsusilə son istifadə tarixi, istehsal şəraiti, qablaşdırılması və saxlanma qaydaları çayın keyfiyyətinə birbaşa təsir göstərir. Bəzi hallarda istehlakçılar məhsul seçərkən yalnız qiymətə və markaya üstünlük verir, lakin çayın mənşəyinə, yarpaqların vəziyyətinə və tərkibindəki əlavə maddələrə diqqət yetirmirlər.

Bəs yaşıl çay alarkən hansı məqamlara diqqət etmək lazımdır? Keyfiyyətli yaşıl çayı saxtalaşdırılmış və ya aşağı keyfiyyətli məhsuldan necə fərqləndirmək mümkündür?

Mövzu ilə bağlı qida eksperti Səbuhi Məmmədov Sonxeber.az-a açıqlamasında bildirdi ki, yaşıl çay alarkən istehlakçılar ilk növbədə məhsulun istehsal tarixinə, son istifadə müddətinə və qablaşdırılmasına diqqət yetirməlidirlər. Onun sözlərinə görə, çayın keyfiyyətini müəyyənləşdirən əsas amillərdən biri onun düzgün şəraitdə saxlanılmasıdır: "Belə ki, yaşıl çay rütubətə, birbaşa günəş şüalarına və kəskin qoxulara həssas məhsuldur. Bu səbəbdən qablaşdırması zədələnmiş, açıq şəkildə satılan və mənşəyi məlum olmayan çayların alınması məsləhət görülmür. Keyfiyyətli yaşıl çayın yarpaqları adətən təbii rəngini və özünəməxsus ətrini saxlamalıdır. Həddindən artıq parlaq rəng, süni və kəskin qoxu, eləcə də məhsulun tərkibində naməlum əlavələrin olması istehlakçıda şübhə yaratmalıdır. Alıcılar həmçinin məhsulun etiketində göstərilən tərkiblə tanış olmalı, yalnız reklam və qiymətə əsaslanaraq seçim etməməlidirlər.

Yaşıl çayın faydalı hesab olunması onun həddindən artıq istehlakına əsas vermir. Xüsusilə kofeinə həssas insanlar bu içkinin qəbul miqdarına diqqət yetirməlidirlər".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 357   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərsahili qanunsuz obyektlər söküləcək?

"Hazırkı qanunvericiliyə görə, qanunsuz tikili varsa, o təbii ki, sökülür. Amma söhbət bu ərazidən gedirsə və bu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, ona uyğun yanaşma olmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsini

19 noyabr
.

Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk

19 noyabr
.

Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"

Noyabrın 16-da paytaxtın Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu barədə "Qafqazinfo"ya cinayətdə günahlandırılan Ayxan Mehdiyevin və hadisə qurbanının atası Ağa Mehdiyev danışıb. O bildiri

20 noyabr
.

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" və "2027 APEX Best Cabin Service in Central & Southern Asia"

20 noyabr
.

21° isti... - Sabahın havası

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

20 noyabr
.

"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"

"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq

19 noyabr
.

Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA

Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına rəsmi qaydada xitam verilməyən şəxslər ölkəmizdə hərbi xidmət öhdəliyindən azad olunmurlar. Qanunvericiliyə əsasən, belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Bu zaman onların xarici ölkədə hərb

20 noyabr
.

Jurnalistlər üçün müsabiqə elan edildi

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so

20 noyabr
.

Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa

20 noyabr