İranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLAR

İranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranda İraqın keçmiş diktatoru Səddam Hüseyn rejiminin hərbi təcavüzünə qarşı vətənin müdafiəsinə başlanmasının 41-ci ildönümü ilə bağlı Müqəddəs Müdafiə Həftəsi başlayıb.

Sonxeber.az xəbər verir ki, bu münasibətlə bu gün Bakının "Fairmont Baku" hotelindəki "Nizami Gəncəvi" zalında rəsmi mərasim keçirilib.

İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan mərasimdə Azərbaycan Respublikasının müdafiə və müdafiə sənayesi nazirlərinin müavinləri və digər bir sıra siyasi rəsmiləri, eləcə də Azərbaycan Respublikasındakı xarici ölkələrin səfirləri və hərbi attaşeləri iştirak edib.

Mərasim müqəddəs "Quran" ayələrinin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

İranın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Cavad Furutəni İrana qarşı 41 il öncə törədilən təcavüzkarlıq aktından bəhs edib. O, İran xalqının bu müharibədən qalib ayrıldığını, Səddam rejiminin təcavüzkarlıq niyyətinin baş tutmadığını vurğulayıb.

Attaşe İran Silahlı Qüvvələrinin keçmişdə və indi İran xalqı kimi böyük bir dayağının olduğunu deyib. C. Furutəni hazırda İran Silahlı Qüvvələrinin mövcud olan gücündən bəhs edib. İranın region ölkələri ilə əməkdaşlıq çərçivəsində İraq və Suriya kimi ölkələrdə beynəlxalq terrorizmə qarşı mübarizə apardığını, bu yolda böyük qurbanlar verdiyini deyib.

Hərbi attaşe İranın Azərbaycanla yaxşı münasibətlərinin olduğunu və bu əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini vurğulayıb. O, İranın Azərbaycanın öz torpaqlarına olan suveren hüquqlarını hər zaman müdafiə etdiyini söyləyib.

Daha sonra İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi çıxış edib. Səfir bildirib ki, İran xalqının parçalama və diz üstə çökdürmək istəsələr də, nəcib və dəyanətli İran xalqı üzləşdiyi bütün bu imtahanların öhdəsindən səbirlə gəlib: "İran xalqının üzləşdiyi böyük imtahanlardan biri 41 il öncə bu günlərdə başladı, bu imtahan 8 il davam etdi. 8 illik müharibə zamanı heç bir ölkə bizə hətta ən ibtidai silahları belə satmadı, nəticədə İranda hərbi sənaye özünü təminat istiqamətində inkişaf etdi və uğura nail oldu. Bu gün İran dünyanın ən güclü hərbi güclərindən biridir. İran hərbi imkanların müxtəlif istiqamətlərində uğur və irəliləyiş əldə edib, bura quru, hava, dəniz və kiber sahələr aiddir. Həmçinin raket sistemləri istiqamətində əhəmiyyətli inkişafa nail olunub. İranın həqiqi gücü onun xalqının özünüqurban və həmrəylik ruhundan qaynaqlanır".

Diplomat deyib ki, İranın hərbi gücü hər zaman regionun təhlükəsizliyi, stabilliyi və dostları üçün olub və olacaq: "Qonşuluq siyasətini, qonşuların öncəliyini və güclü regionu dəstəkləyən İran regiondakı bütün ölkələr, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir. Biz dost və qardaş ölkə Azərbaycan üçün də sülh, sabitlik, təhlükəsizlik istəyirik. Ortaq dinə, mədəniyyətə, tarixi əlaqələrə əsaslanan qardaşlıq və dostluq münasibətlərimiz əbədidir".

Qeyd edək ki, Müqəddəs Müdafiə Həftəsi İranda 1980-ci ildən keçirilir. Hər il sentyabrın 22-də İranın siyasi elitası İslam dövlətinin qurucusu İmam Xomeyninin mavzoleyini ziyarət edir.

İranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLARİranın Müqəddəs Müdafiə Həftəsi Bakıda qeyd olundu - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1300   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26 oktyabr
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

28 oktyabr
.

Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarının məzmunu onların yaş xüsusiyyətlərinə və psixoloji inkişafına uyğun olmalıdır. Lakin sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələdə müzakirələrə səbəb olub. Belə ki, "Qanun" nəşriyyatının çap etdiyi, 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutula

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr