Dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, düşən yağışın miqdarı Qrız Qudyalçayda 26.0 mm, Vəlvələçay Təngəaltıda 20.0 mm, Şabran Gilgilçayda 13.0 mm, İsmayıllıda 11.0 mm, Şabranda 10.0 mm, Altıağacda 9.0 mm, Gədəbəy, Xaltanda 8.0 mm, Ləzədə 7.0 mm, Qubada 6.0 mm, Xarmidorçay Xaltanda 5.0 mm, Nabran, Daşkəsən, Qəbələdə 4.0 mm, İsmayıllı, Şamaxı, Göyçay, Qusarda 3.0 mm, Qudyalçay Xınalıq, Kürdəmir, Xaçmaz, Qobustanda 2.0 mm, Şəki, Göygöl, Oğuz, Kişçay (Şəki), Tərtər, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 21.0 mm (aylıq normanın 93%-i), Bakıda 12.0 mm (aylıq normanın 70%-i), Sumqayıtda 8.0 mm (aylıq normanın 44%-i), Pirallahıda 6.0 mm (aylıq normanın 41%-i) olub.
Yağan yağış nəticəsində Şabran-Gilgilçay və Xarmidorçay Xaltan məntəqəsində sululuq artıb.
Qar örtüyü əmələ gəlib, Qudyalçay Xınalıq, Ləzə məntəqələrində, Gədəbəyin yüksəkliklərinə, Kəpəz və Qoşqar dağlarına, Şahdağa ilk qar yağıb. Şahdağda qarın hündürlüyü 1 sm -ə çatıb.
Şimal-qərb küləyi arabir Tərtərdə 28 m/s, Ağdamda 26 m/s, Gəncədə 25 m/s, Beyləqan, Göyçay, Naftalanda 24 m/s, Xınalıq, Daşkəsəndə 23 m/s, Bərdə, Xaçmazda 22 m/s, Nabran, Tovuz, Yevlaxda 20 m/s, Mingəçevirdə 18 m/s, Sabirabadda 17 m/s, Lənkəran, Xaltan, Şəkidə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Neft Daşlarında 32 m/s, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Bakı, Pirallahıda 25 m/s, Qum adasında 20 m/s, Sumqayıtda 19 m/s-dək güclənib, Net Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək. 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1755 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrAzərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrGüzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?
Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy
26 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabr