Bu "cənnət meyvəsi"nin zərərli tərəflərinə diqqət edin

Bu "cənnət meyvəsi"nin zərərli tərəflərinə diqqət edinMağazalarda və bazarlarda ən çox satılan mövsüm meyvəsi xurma böyüklər və uşaqlar tərəfindən eyni dərəcədə sevilir.

Bu Şərq meyvəsi ilə bütün dünya 1855-ci ildə amerikalı admiral Metyu Perrinin Yaponiya səfərindən sonra tanış olub. Perri ABŞ-a gələrkən hər kəsin sevdiyi xurma meyvələrini özü ilə gətirib. Latın dilindən xurma "Allah yeməyi" və ya "cənnət meyvəsi" kimi tərcümə olunur.

Xurma sadəcə ləzzətli deyil, eyni zamanda da sağlamlığımız üçün faydalıdır. Əgər mütəmadi xurma istifadə etsəniz, onun sayəsində bir çox xəstəliklərin qarşısını almaq olar. Lakin özünün bütün cəlbedici və faydalı xüsusiyyətləri ilə bərabər xurmanın zərərli tərəfləri də var.

Tərkibində artıq miqdarda şəkər olduğu üçün çəkili insanlara, həmçinin şəkər xəstələrinə xurma yemək məsləhət görülmür.

3 yaşadək uşaqlara xurma verməmək daha yaxşıdır, çünki onlarda bu yaşda mədə şirəsinin normal ifzarı formalaşmayıb. Bu səbəbdən də lif hissəcikləri mədəyə yapışa və qarında ağrılara səbəb ola ilər.

Mütəxəssislər yoda yüksək həssaslığı olan insanlara xurma yeməyi məsləhət görmür. Belə hallarda o, allergik reaksiyaların müxtəlif təzahürlərini yarada və sağlamlığa ziyan vura bilər. Yoda qarşı allergiya ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərə də xeyli pis təsir göstərir.

Xurma yedikdən sonra ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək lazımdır, çünki karies yaratma riski böyükdür.

Mədə və bağırsaqlarda əməliyyat keçirən insanlara xurmadan imtina etməyə dəyər. Həddindən artıq xurma istifadəsi bağırsaq işinin pozulmasına gətirib çıxarır.

Məsələ ondadır ki, xurma qabığında çoxlu sayda taninlər saxlanılır. Bitki mənşəli bu maddələr aşılayıcı və büzücü xüsusiyyətlərə malikdir. Taninlər mədənin spesifik mühitində həzm edilməyən hissəcik qruplarını meydana gətirə bilər.

Tanin şaxtada dağılır, ona görə də dondurulmuş xurma ağzı qamaşdırmır. Əgər təzə meyvələrdə həddən artıq tanin olarsa, onların dadı acı və büzücü olacaq. Soyuq mühitdə isə bu çatışmazlıqlar tam aradan qalxacaq. Bu üsul xurmanın dadını yaxşılaşdırır və onu daha şirin edir.

Əgər xurmanı bütünlüklə dondurmaq istəyirsinizsə, meyvəni əvvəlcə yuyun, sonra tam qurulayın. Hər xurmanı bir neçə qatdan ibarət strec salafana büküb dondurucuya səliqə ilə yığın./Axar.az/


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 6387   Tarix: 21 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Qripdən qorunmaq istəyənlər bunu bilməlidir: Peyvənd nə vaxt vurulmalıdır?

Mövsümi qripə qarşı peyvənd xəstəliyin qarşısının alınmasında və yoluxma baş verdiyi halda onun ağır keçməsi riskinin azaldılmasında mühüm rol oynayır. Bununla belə, peyvənd olunan şəxsin də qripə yoluxması mümkündür və qorunma səviyyəsi virusun ştammlarından, peyvəndin həmin mövsümdəki effektivliyində

29 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr