Yubiley filmi: Dünya liderləri Prezident İlham Əliyev barədə danışdılar - VİDEO
Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film "Prezident. Təkrarsız diplomatiya" adlanır.
Ekran işində prezidentlər, dövlət və hökumət başçıları, dünyanın aparıcı siyasi xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu jurnalistlərin müsahibələri yer alır. Onlar Azərbaycan prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamları şərh ediblər.
Filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər barədə danışıblar.
R.T.Ərdoğan qeyd edib ki, İlham Əliyevlə davam edən inkişaf sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib.
V.Putin isə Azərbaycan Prezidentinin əsas məqsədinin öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görmək olduğunu vurğulayıb.
N.Nazarbayev Azərbaycan xalqının müstəqillik illərində çətin şərtlər daxilində enerjili, müdrik liderin rəhbərliyi ilə inkişaf etdiyinə diqqət çəkib.
"Prezident. Təkrarsız diplomatiya" filmində Azərbaycanın iqtisadi arenadakı uğurlarından danışılıb, həyata keçirilən əhəmiyyətli layihələrdən bəhs edilib. Qeyd olunub ki, iqtisadi müstəqilliyin verdiyi güc siyasi müstəqilliyi möhkəmləndirib və ölkənin bir nömrəli probleminin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırıb.
Müzəffər Ali Baş Komandanın və ordusunun Vətən müharibəsindəki qələbəsinə filmdə xüsusi yer ayrılıb.
Vladimir Putin bununla bağlı müsahibəsində bildirib ki, İlham Əliyevin müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verib.
Filmin ideya müəllifi Rövşən Raqifoğlu, ssenari müəllifi Rüfət Həmzəyevdir. Montajı isə Qafar Məhərrəmova məxsusdur.
Film Prezident İlham Əliyevin doğum günü - 24 dekabrda saat 12:00-da, 16:00-da və 22:00-da AzTV-də yayımlanacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentin gəlinindən zərif - Fotolar
Leysan yağacaq, dolu düşəcək
Gələn il pensiyalar nə qədər arta bilər? - FAİZ AÇIQLANDI
Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Azərbaycanda ZƏLZƏLƏ OLDU
Bakıda evdə GÜCLÜ PARTLAYIŞ: Yaralıların sayı 4-ə çatdı, ölən var - FOTO - VİDEO
Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
XƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
Kondisioneri yayda necə düzgün təmizləmək olar?
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
Boşanma mərhələsində olduğu həyat yoldaşını boğazından bıçaqladı - VİDEO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto