Avropa dövlətləri karantin qadağalarını ləğv edir
İsveç bu gündən etibarən COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edib və koronavirus testlərinin dayandırıldığını açıqlayıb.
İctimai Səhiyyə Agentliyinin rəhbəri Karin Teqmark Uisell bildirib ki, bu gündən ölkədə COVID-19-lə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Onun sözlərinə görə, dövlət xərcə görə COVID-19 testlərini dayandırıb:
"Həftəlik COVID-19 testləri dövlətə 55 milyon dollara, aylıq xərc isə 220 milyon dollara başa gəlirdi, buna görə də koronavirus testlərinə son qoyduq".
Bu gündən etibarən yalnız tibb işçiləri pulsuz koronavirus testi verə biləcək.
Digər tərəfdən, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də bu gündən etibarən son qoyub.
Eyni zamanda Finlandiyada da fevralın 14-dən etibarən koronavirusa görə tətbiq edilən məhdudiyyətlər yumşaldılır, martın 1-dən isə ləğv edilir.
Skandinaviya ölkəsi Danimarka fevralın 1-dən məhdudiyyətləri ləğv edib, Norveç də fevralın 19-dan koronavirusa görə müəyyən edilən qadağalara son qoyacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1611 Tarix: 09 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava proqnozları psixologiyamıza necə təsir edir?
Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri
21 iyulAvropanı +47 dərəcəyə çatan yeni amansız isti dalğası gözləyir
Yaxın günlərdə Avropanın cənub-qərbi Səhradan isti hava gətirəcək güclü antisiklonun təsiri altında qalacaq. Ən mürəkkəb vəziyyət İspaniyada gözlənilir. Ölkənin bəzi ərazilərində temperaturun +45.+47 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da milli rekordlara yaxın göstəricidir. Qaynarinfo xəbər veri
21 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulHitlerin doğulduğu ev polis bölməsi oldu - Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir
23 iyulİranda 2 zəlzələ oldu - Yaralılar var
İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib
20 iyulAlimlər xəbərdarlıq edir: Dünya sularında oksigen səviyyəsi sürətlə azalır
Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində fəaliyyət göstərən "Scripps" Okeanoqrafiya İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb. Qaynarinfo xəbər veri
23 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyul