Koalalar rəsmən nəsli kəsilməkdə olan növ elan edildi
Oyuncaq ayıya bənzəyən koalalar Avstraliyanın ən məşhur heyvanlarından biridir. Bu otyeyənlərin populyasiyası ətraf mühit dəyişikliyilə bağlı təhlükə altındadır.
Avstraliya hökuməti rəsmi olaraq koalanı nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. Heyvan bu statusu Yeni Cənubi Uels, Kvinslend və Avstraliyanın paytaxt ərazilərində alıb.
Qeyd edək ki, iqlim dəyişikliyi, yaşayış yerlərinin məhvi və xəstəliklər koalaların sayının sürətlə azalmasına səbəb olur. Avstraliyanın Ətraf Mühit Naziri Syuzan Ley bu heyvanların populyasiyasını bərpa etmək üçün milli plan yaratmağı vəd edib.
Qeyd edək ki, koalalar yalnız evkalipt meşələrində yaşayır. Avropalılar onu 1802-ci ildə kəşf ediblər. Son üç ildə Avstraliyada koalaların ümumi sayı 30% azalıb. 2018-ci ildə onların populyasiyası müxtəlif hesablamalara görə 42,7 mindən 82,1 minə qədər, 2021-ci ildə isə 32 mindən 57,9 minə qədər olub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 960 Tarix: 12 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabr