Ermənistanda silahlı şəxslər saxlanılıb
Ermənistanda polis Vanadzor şəhərində silahlı şəxslər saxlanılıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, Taron rayon Polis Şöbəsinə bir qrup şəxsin Vanadzor küçələrindən birində özləri ilə və avtomobildə qanunsuz silah və sursat olması barədə əməliyyat məlumatı daxil olub.
Saat 14:25 radələrində adıçəkilən küçədən Taron polis bölməsinə 6 nəfər və "VAZ-21010" markalı avtomobil gətirilib.
Saxlanılanlardan 32 yaşlı kişinin üzərində şəxsi axtarış zamanı içərisində 7 güllə ilə dolu tapança, 22 sm uzunluğunda qatlanan bıçaq aşkar edilərək götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda 35 yaşlı kişinin çantasından 3 güllə və içərisində 6 güllə olan tapança aşkarlayıblar.
Polis avtomobilə də baxış keçirib. Buradan 6 ədəd patronla dolu "Makarov" tapançasına bənzər silah aşkar edilərək götürülüb.
"Faktla bağlı ekspertiza təyin edilib, araşdırma aparılır", - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1043 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabr