Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI

Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHIBritaniyanın tanınmış Daily Mail saytında koronavirusun fəsadları haqqında geniş məqalə dərc olunub.
Sonxeber.az sağlamolun.az-a istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, COVID-19-dan sağalmış insanları gələcəkdə müxtəlif sağlamlıq problemləri gözləyir. Bu problemlər arasında - ciddi nevroloji pozulmalar, xroniki yorğunluq, ürək və ağciyərin fəaliyyətində pozulmalar və hətta insult. Koronavirusu keçirmiş bəzi insanları uzun reabilitasiya dövrü, ağır sağlamlıq problemləri və hətta əlillik gözləyir.

Daily Mail məqalədə 48-yaşlı London sakini haqqında yazır. Koronavirus simptomlarının üzə çıxdıqdan 9 həftə sonra qadında ürək əzələsinin ağır iltihabı aşkar olunub.

Böyük Britaniyanın baş naziri Boris Consonu müalicə edən tanınmış həkim-pulmonoloq professor Nikolas Hart koronavirusu fəsadların ağırlığına görə poliomiyelitlə müqayisə edib. Həkimin sözlərinə görə, koviddən sağalandan aylar və hətta illər sonra insanda çoxsaylı sağlamlıq problemləri üzə çıxa bilər. Bu beyin funksiyalarının pozulması, psixoloji problemlər və s. ola bilər.

Poliomiyelitlə müqayisə çox ciddi məsələdir. Bu xəstəliyin epidemiyası yalnız Böyük Britaniyada minlərlə insanların ölümünə səbəb olub, on minlərlə insanları isə əlil edib. Poliomiyelit bir çox hallarda baş beyini zədələyir, iflic, əzələ və oynaq problemlərinə səbəb olurdu. Lakin poliomiyelitə qarşı vaksin hazırlanıb və hazırda bu xəstəlik dünyada, demək olar, yox olub.

London Kral kolecinin psixiatriya professoru Karmine Periante da qeyd edib ki, koronavirusu keçirmiş xəstələr gələcəkdə fiziki, koqnitiv və psixoloji yorğunluqla qarşılaşa bilərlər. Alim qeyd edib ki, burada xəstəliyin ağır və ya yüngül keçirilməsi rol oynamır, fəsadlar koronavirusun istənilən gedişatından sonra mümkündür.

Digər tanınmış britaniyalı alim professor Linn Terner-Stoks da bu fikri təsdiq edib. Onun sözlərinə görə, pandemiyadan sonra bir çox insanlara psixoloji, fizioterapevtik və ürək-ağciyər reabilitasiyası tələb olunacaq.

Daily Mail koviddən sağalmış 49-yaşlı Kristin Kortninin sözlərini təqdim edib. Qadının sözlərinə görə, koronavirusu yüngül formada keçirib və evdə müalicə alıb, lakin sağaldıqdan 6 həftə sonra da güclü yorğunluq, başgicəllənməsi, təngənəfəslik hiss edir, onda panik ataklar olur.

Britaniyalı professor Azim Mecid də kovidi keçirmiş insanların bir sıra problemlərlə üzləşdiyini proqnozlaşdırır: "Koronavirus keçirmiş insanların ağciyərində olan pozulmalar qriplə müqayisədə daha ciddidir. Bir neçə il sonra bu insanlarda ağciyər funksiyasının azalması müşahidə oluna bilər ".

Çin və İtaliya alimlərinin müşahidələrinə görə, xəstələrin 1/3 hissəsində koviddən sonra nevroloji simptomlar inkişaf edir: beyin iltihabı, sinirlərin zədələnməsi, nevralgiyalar, başgicəllənməsi, baş ağrıları. Ən ciddi nevroloji risk isə insultdur.

Bütün bunları nəzərə alaraq insanlarımızı koronavirusun profilaktikasına ciddi riayət etməyə çağırırıq. Qaydalar əslində çox sadədir: sosial məsafə saxlamaq, əllərin gigiyenası, maska taxmaq. Koronavirusa yoluxmamaq üçün əlimizdən gələni etməliyik. Bu virus hələ az öyrənilib və gələcəkdə bizə çox ağır "sürpriz"lər edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2433   Tarix: 13 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr