"İslamda yoxdur" deyən ilahiyyatçı Elşad Miri üçün doğru olan nədir? - AÇIQLAMA
Saytların birinə açıqlamasında ilahiyyatçı Elşad Miri belə bir sözlər işlədib: "Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd insanların orada dini maarifləndirilməsi, mütərəqqi fikirlər aşılanması deyil. Bunların hamısı müəyyən biznes məqsədlərinə xidmət edir. Yas çadırlarının yığışdırılması mənim çoxdandır gözlədiyim məsələ idi". Bəs onun üçün dində doğru olan nələrdir?
Sonxeber.az bu sualın cavabını almaq üçün ilahiyyatçı Elşad Miri nin özünə müraciət edib.
O, sözlərini bir daha təsdiqləyərək bildirib ki, İslamda ümumiyyətlə "yas mərasimi" yoxdur:
"Sual mollalıqla bağlı idi. Mən də dedim ki, İslamda heç bu yoxdur. Elə deməyimin səbibini də açıqlayım. Peyğəmbərin özünün sağlığında üç oğlu və üç qızı vəfat edib. Hansı birinə mollalıq edib, yas məclisi qurub, halva verib, orada insanlara "Quran" oxuyaraq ruhuna göndərib?! Heç bir yerdə bu barədə məlumat yoxdur.
Biz belə şeyləri başqa haradan çıxara bilərik? "Quran"da bununla bağlı nəsə varmı? Xeyir! Tam əksinə, "Quran"ın ölülər üçün yox, dirilər üçün olduğu bildirilir.
Bu gün yas məclisinə gedəndə insanlar dinlə bağlı nəsə öyrənirlərmi? Demək olar ki, sadəcə ərəbcə oxunan nəyəsə qulaq asırlar, öz aralarında söhbət edir, süfrəyə gələn çayı içib, yeməyi yeyib, vəfat edən adamın yaxınlarına başsağlığı verirlər və dağılışırlar. Vəssalam! Missiya bundan ibarətdir".
İlahiyyatçı onun üçün yalnız "Quran"da deyilənlərin doğru olduğunu bildirib:
""Quran"da olan hər bir şey doğrudur. Çünki İslamın, dinin yeganə mənbəyi "Quran"dır. Əksini iddia eləmək "Quran"ı təkzib etməkdir".
"Quran"da yazılan hər şeyə əməl edib-etmədiyi barədə suala cavab olaraq isə o, "Bəli! "Quran"da yazılan hər bir şeyə əməl etməyə çalışıram" sözlərini deyib.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3004 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabr