Bələdiyyə sədri sabiq icra başçısının üzünə durdu: "Kredit pulunu ona vermişəm"

Bələdiyyə sədri sabiq icra başçısının üzünə durdu: "Kredit pulunu ona vermişəm"İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi iclasda cinayət işi üzrə şahid qismində tanınmış şəxslər ifadə verib.

İmişli rayonunda Yalavaz-Məhəmmədli-Rəsullu bələdiyyəsinin sədri olmuş Qəhrəman Qəhrəmanov bələdiyyə sədri təyin olunmaq üçün V. Hacıyevə 10 min manat verdiyini deyib: "2014-cü ildən 2018-ci ilə qədər üç kəndin bələdiyyə sədri işləmişəm. Deyə bilərəm ki, qanuni şəkildə seçilməmişəm. Sədrlik üçün bir neçə nəfərin namizədliyi irəli sürülmüşdü, icra başçısı dedi ki, Qəhrəman olsun, çünki çatmışdı... Kredit götürüb 10 min manat vermişdim. Düzdür, qanunda başqa cürdür, amma İmişli icra hakimiyyətində başqa cür. Orda bələdiyyəni icra başçısı təyin edirdi".
Şahid, həmçinin Əfqanıstan müharibəsində iştirakı ilə bağlı ordeni almaq üçün Vilyam Hacıyevin köməkçisi vasitəsilə ondan 500 manat aldığını deyib.

Təqsirləndirilən şəxs şahidin ifadəsinə etiraz edərək müharibə iştirakçıları üçün göndərilən ordenin icra hakimiyyətinə gəlmədiyini bildirib. V.Hacıyev onu da bildirib ki, Qəhrəman Qəhrəmanovun qeyri-qanuni fəaliyyətinə görə, Ədliyyə və Daxili İşlər nazirliklərinə təqdimat verib. Bundan sonra onun barəsində 6 ay həbs qərarı verilib.

Şahid V.Hacıyevin sözlərini qismən təsdiq edərək, məsuliyyətə cəlb olunduğunu etiraf edib. Lakin 6 ay həbsdə qalmadığını, 2 min manat cərimə ödədiyini deyib.

Məhkəmədə V.Hacıyevin vəkili şahidə sual vermək istəyəsə də, şahid buna imkan verməyib, vəkili "dövlətə xəyanət edən" şəxsi müdafiə etməkdə günahlandırıb.

Hakim Azad Paşayev şahidə xəbərdarlıq edib və vəkilin suallarına cavab verməli olduğunu deyib.

Vəkil Elmar Kərimov vəsatət qaldıraraq Q.Qəhrəmanova verilən ordenin yoxlanılmasını tələb edib. Müdafiəçi Əfqanıstan müharibəsindən uzun illər keçdikdən sonra orden verilməsinin təəccüblü olduğunu bildirib.

Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbənin müdiri Mirzə Quliyev də dindirilib.

Şahid deyib ki, sabiq icra başçısı tərəfindən icra nümayəndələri və müavinlərinin təyinatı üçün müxtəlif məbləğlərdə rüşvət alınıb.

O, həmçinin Mil-Muğan futbol klubu üçün ayrılan 150 min manat pulu da Vilyam Hacıyevə verdiyini deyib: "Dövlət Neft Şirkəti tərəfindən klub üçün ayrılan pul mənim hesabıma köçürülmüşdü. Həmin pulu "Unibank" hesabımdan çıxarıb icra başçısına təhvil verdim. Sonra pulun hara xərcləndiyindən xəbərim olmadı".

V.Hacıyev şahidin ifadəsinin yalan olduğunu deyib:

"Dediklərin absurddur. Özün üçün şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin!"

V.Hacıyevin vəkili daha bir vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin qanunsuz tapşırıqlarını icra edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət edilməsini tələb edib:

"Bu adamlar hələ də vəzifədədirlər. Bu necə ola bilər? Xahiş edirəm bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılsın və prokurorluğa göndərilsin".

Daha sonra şahid qismində İmişli Rayon Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib.

Şahid bildirib ki, icra hakimiyyətindən Dövlət İdarəçilik Akademiyasında təhsil almaq üçün göndərilən siyahıda onun da adı olub. Lakin ilk imtahandan keçə bilməyib: "Bundan sonra Vilyam Hacıyevin köməkçisinə 2500 manat pul verdim ki, məsələni həll etsin. Bundan sonra universitetin başqa fakültəsinə qəbul olundum".

Proses fevralın 21-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1002   Tarix: 18 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr