Ermənistanda Azərbaycan və türk dilləri tədris edilə bilər - Yeni layihə qalmaqal yaratdı

Ermənistanda Azərbaycan və türk dilləri tədris edilə bilər - Yeni layihə qalmaqal yaratdıErmənistanda təhsilin 2030-cu ilə qədər inkişafı üzrə Dövlət Proqramı müzakirəyə təqdim edilib. Qaynarinfo xəbər verir ki, Ermənistanın bir çox media ekspertləri layihənin bəzi məqamlarının təhlükəli olduğunu bildirir. Bu baxımdan, onlar ictimaiyyəti layihənin əleyhinə çıxmağa çağırır.

Ekspertlərin fikrincə, layihədə təhlükəli məqamlarda biri kimi orta məktəblərdə rus və ingilis dillərinin əvəzinə türk və Azərbaycan dillərinin icbari fənlər sırasına daxil edilməsinin mümkünlüyünü göstərirlər. Bildirirlər ki, bu dillərin orta məktəbdə, yoxsa universitetlərdə tədris olunacağı barədə hər hansı qeyd yoxdur.

Təhsil standartlarının və proqramların təkmilləşdirilməsi bölməsində deyilir: "Təhsil proqramlarının sistemində qonşu ölkələrin (fars, türk, gürcü, Azərbaycan) dillərinin tədrisi təşkl edilsin".

Təhsil eksperti Serob Xaçatryan bu məqamı uğursuz adlandırıb. Onun fikrincə, qeyd olunan dillərin rus və ingilis dillərini əvəzləməsi yolverilməzdir.
"Həmin dillər rus və ingilis dillərini necə əvəz edə bilər. Əgər hazırda belə bir şey varsa, bu, qətiyyən qəbuledilməzdir. Bu, ümumi təhsil problemı ola bilməz. Tutaq ki, bizə Azərbaycan, türk, gürcü və ya fars dillərini öyrənən ildə 5-10 nəfər lazımdır, onları məktəblərdə yox dar bir peşə məktəblərində təşkil etmək olar"-.deyə təhsil eksperti bildirib.

Xaçatryanın sözlərinə görə, qonşu ölkələrin dillərinin rus və ingilis dillərini əvəzləməsi o mənada narahatlıq doğurur ki, Ermənistanda məktəblərdə hələ də kurikulumlar çox zəifdir. "Ümumbəşəri təhsil ola bilməz. İstəsələr də, edə bilməzlər, axı bu qədər müəllimi haradan tapacaqlar?" , - deyə ekspert vurğulayıb.

Digər ekspertlər isə Xaçatryanın mövqeyini bölüşmür. Onların fikrincə, Xaçatryan Ermənistanın təhsil sahəsinə cavabdeh olan məmurların hazırlığını və peşəkarlığını aşağı səviyyədə qiymətləndirir ki, bu da yersizdir. "Çünki onlar istəsələr Ermənistanda qonşu ölkələrinin dillərini kütləvi şəkildə tədrisi üçün Türkiyədən və Azərbaycandan mütəxəssislər də gətirə bilərlər", - deyə onlar bildirib. /qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1891   Tarix: 19 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr