İmamverdi İsmayılovun bahalı saatı müzakirələrə səbəb oldu
Deputat İmamverdi İsmayılovun istifadə etdiyi "Vacheron Constantin" qol saatı İsveçrənin ən məşhur brendlərindəndir. Saatın qiyməti 75 min ABŞ dolları, yəni 127 min manatdır. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib ki, deputatlar gündəmə əməlləri ilə deyil, malları, mülkləri, bahalı avtomobilləri, saat kolleksiyaları ilə gəlməyi daha uyğun bilirlər: "Belə olmasaydı, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 25 ildir mandat daşıyan İmamverdi İsmayılov bütün tədbirlərdə bahalı qol saatını nümayişkaranə formada cəmiyyətə göstərməzdi… Məgər bu məmurlar bilmirmi ki, məmurların bizneslə məşğul olması qanunla qadağandır? Bu şəxs indiyədək bir dəfə də olsun məcburi köçkünləri dinləməyibmi? Hansısa şəhid ailəsini ziyarət edibmi?! Əlbəttə, yox! İqtisadi çətinliklər qarşısında olan, müharibədən qalib çıxmış məğrur xalqa öz bahalı saat kolleksiyasını nümayiş etdirməklə nə demək istəyir? Olmazmı ki, bu tip deputatlar bahalı mülkləri, avtomobilləri, evləri, obyektləri ilə deyil, bu millətin önünə xidmətləri ilə çıxardı?! Görünür bu kimi bəzi deputatlarımız şou-biznes nümayəndələri ilə özlərini səhv salıb…"
Qeyd edək ki, İmamverdi İsmayılov və onun ailə üzvləri zaman-zaman qalmaqallı addımlarla gündəmi zəbt edib. Belə ki, 2016-cı ildə Qubada "Retro" restoranında qətlə yetirilən 1978-ci il təvəllüdlü Könül Zalovanın ölümündə deputatın oğlu İlkin İsmayılovun adı hallanırdı. 2020-ci ildə isə deputatın digər oğlu İlmir İsmayılov sahibi olduğu "MİR HOLDİNQ" MMC-nin banka olan borcunu ödəmədiyinə görə gündəmə gəlmişdi. İmamverdi İsmayılovun daha bir oğlu da polis orqanlarında çalışır. İ.İsmayılov biznesmen deputatlar siyahısındadır. Halbuki, deputatın bizneslə məşğul olmasını qanun qadağan edir. Ona görə də o, müxtəlif yollarla əldə etdiyi var-dövləti ailə üzvlərinin adına keçirib. İmamverdi İsmayılov ölkənin ən böyük təsərrüfata (Masazır qəsəbəsində və digər bölgələrdə yerləşir - mal-qara, heyvandarlıq) sahib şəxslərindən biri hesab olunur./ pravda
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1788 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama
"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov
8 mayBəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb. Düşən yağıntını
9 mayGöygöldə iki maşın toqquşdu - Qardaşlar yaralandı
Göygöldə qəza olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da ola
9 mayAparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH
Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları
8 mayİş adamı restorandan çıxarkən güllələndi - Foto - Yenilənib
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. "Qafqazinfo" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib
9 maySabah 28 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
9 mayBu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayQobustandakı güclü yanğından - Video - Yenilənib
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar
9 may