Bu içkilər də koronadan sağalmağa kömək edir
Yeni növ koronavirusa yoluxduqda bəzi içkilər orqanizmin sağalmasına kömək edir. Lakin bir sıra içkilər var ki, onlardan müvəqqəti olaraq imtina etmək məsləhət görülür.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova bu barədə deyib:
"COVİD və onun əleyhinə qəbul edilən dərmanlar orqanizmdə sərbəst radikalların əmələ gəlməsinə müəyyən qədər zərərli təsir göstərir. Ancaq maye qəbulu sərbəst radikalların orqanizmdən çıxmasına və koronadan tez sağalmağa kömək edir. Koronavirus infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür" .
Həkim-endokrinoloqun dediyinə görə, evdə hazırlanan içkilər və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir. Lakin xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasıni yerinə yetirən əsas maye sudur:
"Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər - qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir".
Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2196 Tarix: 20 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı şəxslərə idman etmək olmaz? - Həkimlər xəbərdarlıq edir
Mütəxəssislər bəzi hallarda fiziki aktivliyin sağlamlıq üçün riskli ola biləcəyini bildirir. Hipertoniya xəstəliyi nəzarətsiz olan şəxslərə ağır idman tövsiyə edilmir. Xüsusilə təzyiq kəskin yüksəldikdə məşq təhlükəli sayılır. xəbər verir ki, aşağıdakı hallarda idman məhdudlaşdırılmalıdır:. -ciddi ürək-dama
13 aprelDəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?
Sardina çox qidalı olan kiçik balıqlardır. Onların tərkibində ürəyin, sinir sisteminin fəaliyyətinə və bədəndəki iltihab əleyhinə proseslərə kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Onlar D və B12 vitaminlərinin, eləcə də hüceyrələrin bərpasında mühüm rol oynayan tam protein mənbəyidir. xəbə
21 aprelMaksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı
Yulafdan əlavə, liflə zəngin və asan hazırlanan başqa bir səhər yeməyi də var - çia toxumu pudinqi. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" platformasında qeyd edilir. Qeyd olunur ki, bu yemək yalnız bir neçə inqrediyentdən ibarətdir və onun dadını şəxsi zövqə uyğun dəyişmək mümkündür
27 aprelƏllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?
Əllərinizdə hiss etdiyiniz keyimə yorğunluq əlaməti yox, bədəninizin sizə verdiyi siqnal ola bilər. Ölkə.Az xəbər verir ki, bunu revmatoloq Kamilə Yusifova deyib. "Əgər sizdə barmaqlarda keyimə və iynələnmə hissi, gecələr artan ağrılar və əldə zəiflik varsa, əşyaları tutmaqda çətinlik çəkirsinizsə
15 aprelDamar tıxanıqlığının əsas səbəbi bu imiş...
Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır. xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik istifadə edilən bəzi qidalar bu prosesi daha da sürətləndirir
12 aprelÖd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir - həkimlər xəbərdarlıq edir
Mütəxəssislər öd kisəsi ilə bağlı cəmiyyətdə geniş yayılmış bir sıra yanlış təsəvvürlərin hələ də aktuallığını qoruduğunu bildirirlər. Onların sözlərinə görə, bu miflər bəzi hallarda insanların sağlamlığı üçün risk yarada bilər. xəbər verir ki, ən çox yayılan fikirlərdən biri öd kisəsinin çıxarılmasında
29 aprelBazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir
Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib. xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırlar ki, qırmızı çuğundurda olan yüksək nitrat bədəndə nitrik oksidə çevrilərək damarlar
19 aprel