Azərbaycanda adı virtual seks qalmaqalında hallanan müəllimlə bağlı AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Lənkəran Dövlət Universiteti (LDU) əxlaqsız videosu yayılan müəllimlə bağlı açıqlama verib.
Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələni hüquq-mühafizə orqanları araşdırır:
"Fakt təsdiqini tapsa, ən sərt qaydada cəzasını alacaq. Həmin şəxs Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşıdır, bizdə yarımştat işləyir".
13:30
Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov mediada onun haqqında yayılan görüntülərə münasibət bildirib.
Bununla bağlı E.Rəhimov Oxu.Az-a özəl açıqlama verib.
O bildirib ki, videonu izləyib: "Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır".
E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: "İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır".
E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: "Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam".
Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.
11:43
Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.
Bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib.
Jurnalist qeyd edib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.
Həmin videonu təqdim edirik:
Videonun tam versiyasını etik qaydalara uyğun olmadığı üçün təqdim etmirik./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 13441 Tarix: 03 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir aya hazırlanır, 900 manata satılır
Türkiyənin Şırnak bölgəsində qadınların əl əməyi ilə hazırladığı xüsusi səccadələr böyük maraq görür. Hazırlanması təxminən bir ay davam edən səccadələr təxminən 900 manata alıcı tapır. türk mediasına istinadən xəbər verir ki, bölgədə fəaliyyət göstərən sənətkar qadınlar ənənəvi naxışlardan istifad
7 may"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ
Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj
6 mayBu tarixdə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək
Mayın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelin
7 mayQusarda məşhur şadlıq sarayı BAĞLANDI
Qusarda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliy
7 may"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)
Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri
7 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayQubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
6 may