Təsərrüfat təyinatlı sahələrdə tikilən evləri nə GÖZLƏYİR? - AÇIQLAMA

Təsərrüfat təyinatlı sahələrdə tikilən evləri nə GÖZLƏYİR? - AÇIQLAMASon zamanlar kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış obyektlərinin tikilməsi ilə bağlı hallar geniş vüsət alıb. Təsərrüfat təyinatlı ərazilərdə uzun zaman əkin-biçin işlərinin aparıldığını görsək də, daha sonra yerində yaşayış evlərinin yavaş-yavaş baş qaldırdığının da şahidi oluruq.

Sözügedən sahələrdə fərdi evlərin inşası məsələsinin nə dərəcədə qanuni olması isə sual altındadır.

Sonxeber.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, təsərrüfat üçün nəzərdə tutulmuş sahələrdə ev tikmək qadağandır:
"Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə fərdi yaşayış evlərinin tikilməsi qəti şəkildə qadağandır və qanunvericiliyə ziddir. Birmənalı olaraq, Torpaq Məcəlləsində də qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yalnız təyinatı üzrə, yəni əkin-biçin və digər bu kimi işlərin həyata keçirilməsinə icazə verilir. Sözügedən ərazidə hər hansı bir fərdi yaşayış evinin tikintisi həyata keçirilsə belə, ona dövlət qeydiyyatlı çıxarışın verilməsi mümkün olmayacaq. Hər bir torpaq sahəsinin üzərində yalnız onun təyinatına uyğun olaraq tikinti həyata keçirilməsinə icazə verilir. Fərdi yaşayış evlərinin tikintisi yalnız yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır".

Ekspert bir çox bölgələrdə təsərrüfat təyinatlı sahələrdə evlərin inşa edilməsi faktını da təsdiqləyib:

"Hazırda Bakının bir çox məntəqələrində, həmçinin rayonlarda kənd təsərrüfatı torpaqlarında fərdi yaşayış evlərinin tikilməsi halları geniş yayılıb. Məsələn, Maştağada yerləşən Savalan qəsəbəsi, Məhəmmədi kəndi, Abşeronun bir çox qəsəbələrində, hətta Göygöl və turizm təyinatlı Qusar rayonunda da kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrdə minlərlə fərdi yaşayış evləri tikilib. Həmçinin turizm obyektlərinin tikintisi də müşahidə olunur".

Bəs torpaqların istifadə təyinatının dəyişdirilməsi və tikilmiş evlərin rəsmiləşdirilməsi üçün hansı addımlar atılmalıdır?

"Torpaqların istifadə təyinatlarının dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin səlahiyyətindədir və vətəndaşlar özləri birbaşa müraciət edə bilməzlər.

Çıxış yolu budur ki, həmin rayon, kənd üzrə səlahiyyətli bələdiyyələr ya da rayon icra hakimiyyəti Nazirlər Kabinetinə müraciət etsin və həmin sahənin təyinatı kənd təsərrüfatı təyinatından fərdi yaşayış sahəsinə dəyişdirilsin. Bundan sonra həmin torpaq sahəsi yaşayış məntəqələrinə aid edilir və kənd inzibati nümayəndəliyinin tabeliyinə keçirilir. Yalnız bundan sonra həmin evlərə çıxarış, yəni, rəsmi sənədin verilməsi mümkündür", - deyə R.Qasımzadə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2410   Tarix: 03 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr