Gürcüstanın din xadimləri Qarabağa səfər edəcək

Gürcüstanın din xadimləri Qarabağa səfər edəcəkGürcüstanın din xadimlərinin Qarabağa səfəri təşkil olunacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli şəhərində Ramazan bayramı münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, səfirlik səfəri qısa zamanda təşkil etməyi planlaşdırır.

Səfir deyib ki, Azərbaycana yollanacaq din xadimlərinin işğaldan azad edilmiş ərazilərdəki məscidlərdə dua və ibadət etmək imkanı olacaq və bu ziyarət 30 illik həsrətə son qoyacaq.

F.Quliyev Ramazan ayının xeyirin şərə üstün gəldiyi ay olduğunu bildirib: "Biz – Azərbaycan dövləti və dünya azərbaycanlıları şərin üzərində zəfər əldə etmişik. 2020-ci ilin noyabrında biz Qarabağı, Şuşanı işğaldan azad etdik. Bu gün Qarabağ dirçəlir və çiçəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən düşmənin dağıtdığı məscidlər, ibadət və dini ocaqlarımız təmir-bərpa olunur, ətraflarında yenidənqurma işləri aparılır. Artıq Şuşada, Qarabağda azan səsi eşidilir, dua və ibadətlər olunur".

Səfir Ramazan bayramı günündə Gürcüstandakı soydaşlarla bir yerdə olmasından məmnunluq ifadə edib. O, azərbaycanlıları bayram münasibətilə təbrik edərək onlara cansağlığı, firavan həyat və müqəddəs ayda tutulan oruc, edilən ibadət və niyyətlərin Allah tərəfindən qəbul edilməsini arzulayıb.

Marneulidəki İmam Əli Məscidi və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkil etdiyi bayram tədbirinə Marneuli bələdiyyəsinin üzvləri, din xadimləri və yerli sakinlər qatılıb. Mərasimdə Ramazan ayının fəzilətindən danışılıb, dini mövzuda mahnılar təqdim edilib.

Azərbaycan səfirliyi adından bayram münasibətilə idarəyə və məscidə Qurani-Kərim kitabları hədiyyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1130   Tarix: 03 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr