"İlham Əliyevin siyasətinin ən prioritet sahələrindən biri şəhid ailələrinə və qazilərə dəstəyin göstərilməsidir"

"İlham Əliyevin siyasətinin ən prioritet sahələrindən biri şəhid ailələrinə və qazilərə dəstəyin göstərilməsidir""Cənab Prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə qarşı hər zaman xüsusi qayğı, diqqət olub".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı, mənəvi dəstəyi də ən yüksək səviyyədədir:

"Dövlət tərəfindən şəhid və qazi ailələrin sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Ən önəmlisi isə odur ki, həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanim Əliyeva tez-tez şəhid ailələri, müharibə iştirakçıları, müharibə əlilləri ilə daim görüşür, onların sosial problemləri ilə maraqlanırlar. Biz istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrdə bunun canlı şahidi olduq".

Deputat vurğulayıb ki, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan müavinətlərin məbləği müntəzəm olaraq artırılır:

"Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu həssas kateqoriyadan olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Prezident tərəfindən göstəriş verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunurlar. Ölkəmizdə müalicəsi mümkün olmayan qazilərimiz dövlətimiz tərəfindən digər ölkələrdə müalicə olunaraq Vətənə qayıdırlar. Bununla yanaşı, şəhid ailələrinin və qazilərimizin mənzil təminatının yaxşılaşdırılması üçün lazım olan bütün addımlar atılmaqdadır. Ümumilikdə, İlham Əliyevin tapşırığına əsasən, bu günə kimi 12 500 şəhid ailələrinin üzvləri və müharibə əlilləri mənzillərlə, yaxud fərdi evlərlə təmin olunublar. Bu proses 44 günlük Vətən müharibəsindən sonra daha da genişləndirilib. Belə ki, 2021-ci ildə 3 000 mənzil təqdim edilib, postmüharibə dövründə isə 3 500 mənzil verilib. Eyni zamanda, müharibə əlillərinə nəqliyyat vasitələrinin, bu kompleksdə daha 200 mənzilin, eləcə də 50 avtomobilin verilməsi nəzərdə tutulub və həssas təbəqədən olan bu kimi şəxslər bu günə qədər ümumilikdə 7 400 nəqliyyat vasitəsi ilə təmin ediliblər.

Ümumiyyətlə, Müzəffər Ali Baş Komadan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir.

Ramazan bayramı günlərində Prezident İlham Əliyev məhz şəhid ailə üzvlərinə, müharibə əlillərinə veriləcək yeni mənzil kompleksində iştirak edib, müxtəlif ordenlərlə, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunmuş şəhid Mahir Məmmədova yeni verilmiş mənzildə olub və onun ailə üzvləri ilə görüşüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailəsini ziyarət edərək bir daha göstərdilər ki, dövlətmiz hər zaman bu həssas təbəqədən olan insanların yanındadır və bundan sonra da onlara hər bir dəstək göstəriləcək.

Düşünürəm ki, bu həssas kateqoriyadan olan vətəndaşlarımıza göstərilən diqqət və qayğı günbəgün artırılacaq. Çünki biz bugünkü möhtəşəm qələbə sevincini şəhidlərimizə və ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Məhz onların sayəsində biz 30 ildir ki, həsrətində olduğumuz Şuşamızı, Kəlbəcərimizi və digər torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdik".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1411   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr