Bakı avtobuslarında qızlara qarşı seksual hərəkətlər edən manyak tutuldu
Bakıda marşrut avtobuslarında gənc qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs tutulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən İ.S. 31 saylı xəttə məxsus avtobusda naməlum şəxsin onun 2005-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini və qızını ölümlə hədələdiyini bildirib.
Müraciətlə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Məlum olub ki, həmin adam paytaxtın mərkəzində bir neçə dəfə marşrut avtobuslarında oxşar əməllər törədib. O, hər dəfə qızları öldürəcəyi ilə hədələməklə onları bəzi hərəkətlər etməyə məcbur edib. Belə ki, əlində daim gödəkçə gəzdirən manyak kəsici-deşici aləti onun altında gizlədib və bu yolla insanları hədələyib. Qızlardan biri hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib.
Axtarış tədbirləri nəticəsində həmin şəxsin kimliyi müəyyənləşdirilib və o saxlanılıb. Məlum olub ki, bu şəxs taksi sürücüsüdür və avtomobilini yol kənarında saxladıqdan sonra hər dəfə avtobusa daxil olaraq bu əməlləri törədib.
Araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2182 Tarix: 04 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabr