Rusiyalı jurnalistər son anda ölümdən xilas edildi
Rusiyanın Almaniyadakı səfirliyi rusiyalı jurnalistlərə qarşı "mümkün terror aktı cəhdinin" qarşısını aldığını bildirib.
Bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.
"2022-ci il mayın 6-da Berlində Rusiya Federasiyasına məxsus yaşayış kompleksində yaşayan rusiyalı jurnalistlərə və onların ailələrinə qarşı mümkün terror aktının qarşısı alınıb", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, jurnalistlərin yaşadığı ev sındırılıb. Evdəki taxçada gizlədilən maye ilə doldurulmuş böyük kanistr, həmçinin plastik butulka və naqillər vurulmuş qaz balonundan ibarət şübhəli əşya aşkar edilib.
Gələn Almaniya hüquq-mühafizə orqanları sakinləri təxliyə edib, kompleksi mühasirəyə alıb, yanğınsöndürmə xidməti və istehkamçıları çağırıb.
Faktla bağlı araşdırma aparılır. Səfirlik hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır. Rusiyalı jurnalistlərə və onların ailələrinə təhlükəsiz yerə köçmək imkanı verilir.
Hadisə ilə bağlı səfirlik Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək günahkarların müəyyən edilməsini tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 991 Tarix: 07 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabr