Deputatdan qazın limiti ilə bağlı açıqlama: "Qiymətlər dünya bazarına uyğun şəkildə tənzimlənməlidir"

Deputatdan qazın limiti ilə bağlı açıqlama: "Qiymətlər dünya bazarına uyğun şəkildə tənzimlənməlidir""Azərbaycanda qaz limiti ləğv edilə, azaldıla, müəyyən dəyişikliklər edilə bilər, lakin unutmaq olmaz ki, ölkədə hər şey dünya standartlarına uyğunlaşdırılmalıdır. Beynəlxalq konvensiyalara qoşuluruqsa, deməli, qiymətlər də dünya bazarına uyğun şəkildə mütləq tənzimlənməlidir. Neft və qazın həddən artıq aşağı qiymətə satılması bəzi razılaşmalara zidd ola bilər".

Sonxeber.az bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, pandemiya və Vətən müharibəsi nəticəsində, ölkə iqtisadiyyatı müəyyən qədər zərər gördü: "Bu, bizə əsas verdi ki, benzinin və qazın qiymətini müəyyən qədər qaldıraq. Fikrimcə, iqtisadi inkişafa nail olunduqca müəyyən güzəştlər tətbiq ediləcək. Təsəvvür edin, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var idi və dövlət onları lazım olan bütün şəraitlə təmin edirdi. Yəni, bütün bunlar dövlət büdcəsi ilə həyata keçirilirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşadığına görə həddən artıq çox silahlar alır, ordu quruculuğuna çox vəsait ayırırdı. Yəni, bu çətinliklər aradan qaldırıldıqdan sonra müavinətlər arta, müəyyən qiymətlər azaldıla bilər. Qaz limitinin ləğv edilməsinin lehinəyəm, istəyirəm ki, vətəndaşlar üçün rahat şərait yaradılsın. Xüsusilə aztəminatlı ailələr bu məsələlərdə nəzərə alınmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1818   Tarix: 07 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr