Əgər Mübariz Mənsimov kirli oyunlarına davam edərsə...
Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimov maliyyələşdirdiyi saytlar vasitəsi ilə özünü "qəhrəman" kimi qələmə verməyə çalışır. Hətta Azpolitika.info Mübariz Mənsimovun Bakıdakı adamının pul verdiyi sayt rəhbərləri ilə görüşdüyü məkanı belə araşdırıb. Araşdırma zamanı onlar müəyyən ediblər ki, Mübariz Mənsimovun yaxın adamı hesab olunan və hazırda QHT sektorunda olan, bir neçə il öncə ad-soyadını dəyişən o şəxs satın aldığı sayt rəhbərləri ilə "20 yanvar" metrosu yaxınlığında yerləşən "Ləvəngi" restoranında görüşür.
Sonxeber.az xəbər verir ki, Mübariz Mənsimov bu dəfə satın aldığı mətbuat orqanları vasitəsi ilə özü üçün "xeyriyyəçi" obrazı yaratmağa çalışır. O bu yolla illərdir ki, ölkəmizə qarşı həyata keçirdiyi çirkin oyunları və qaralama kampaniyalarını ört-basdır etməyə çalışır.
Təəssüf ki, bu dəfə Mübariz Mənsimov 44 günlük Vətən müharibəsində öz canları hesabına ərazi bütövlüyümüzü bərpa edən şəhidlərin analarından istifadə edərək "vətənpərvər" xeyriyyəçi obrazı yaratmağa çalışır. Hər dəfə açıqlamalarında "Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram" deyən Mübariz Mənsimov vaxtilə ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla şərik olub. Onlar birlikdə 2016-cı ildə "Palmali USA LLC" gəmi şirkətini yaradıblar. Bu əməkdaşlıq bir daha Mübariz Mənsimovun söylədiyi sözlərin "boğazdan yuxarı" səsləndirilən fikirlər olduğunu sübuta yetirir. Görünür, Mübariz Mənsimov pafoslu fikirlərlə özünü "xalq qəhrəmanı" kimi qələmə verməyə çalışır. Lakin sonuncu müsahibəsi ilə bu maskanı elə özü cırmış oldu.
Mübariz Mənsimov unutmamalıdır ki, o, azərbaycanlı olaraq, yaşadığı ölkədə ölkəmizi yüksək səviyyədə təmsil etməldir. Əsası olmayan, şər-böhtan xarakterli fikirlərlə soydaşlarımızın nifrətini qazanmamalıdır. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Əgər Mübariz Mənsimov kirli oyunlarına davam edərsə, satın aldığı saytlar və jurnalistlər belə, pafoslu saxta yazılarla onun itirdiyi sevgini, hörməti qazandıra bilməyəcəklər.
Leyla Nəsir
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar