Mübariz Mənsimovun gizli media planı: "Pul paylayan"ı ifşa olundu - FOTO
İş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı üzə çıxıb.
Bununla bağlı "azpolitika.info" məlumat yayıb.
Bildirilib ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq etməkdədir.
Araşdırmalar zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı "qara kassa"sı funksiyasını oynayır.
Həmin şəxs 2012-ci ilədək adı və soyadı Fariz Fəyyazov olan Axundzadə Elçin Rəşid oğludur. 1967-ci ildə Masallı rayonunda anadan olan Elçin Axundzadə 1992-2006-cı illərdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində xidmət edib, ehtiyatda olan mayordur. Əldə etdiyimiz məlumatlara görə o, Nazirlikdəki maliyyə yeyintilərinə görə işdən uzaqlaşdırılıb.
2021-ci ildən "Zirvə" İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri olan E.Axundzadə, həm də Dövlət Gömrük Komitəsinin yanında İctimai Şuranın sədr müavinidir. Bəzi mənbələr onun Rusiya Federasiyasında yaşayan talış separatçıları ilə əlaqəsinin olduğunu da söyləyirlər.
Mübariz Mənsimovun müdafiəsində də ciddi iştirak edən Elçin Axundzadə hazırda "Palmali" şefinin Bakıdakı "qara kassa"sı funksiyasını icra edir.
Bakının "20 yanvar" metrosu yaxınlığında yerləşən "Ləvəngi" restoranını özünə ştab seçən Elçin Axundzadə sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparır.
Qeyd edk ki, sözügedən restoranın sahibinin Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin şəxsi mühafizə xidmətinin rəisi Hacı Səxavətin olduğu ortaya çıxıb. Mübariz Mənsimovun dostu və həmyerlisi olan Hacı Səxavət həm də AXCP sədri Əli Kərimlinin tələbə yoldaşıdır.
Hazırda hansı saytlarla anlaşıldığına, kimlərə pul ayrıldığına dair dəqiq məlumata malikik.
Mövzuya qayıdacağıq.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Azərbaycanda yağ kəskin bahalaşdı
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar