Ata 19 yaşlı qızını dirəyə belə bağlayıbmış - ŞOK TƏFƏRRÜATLAR - VİDEO
Mingəçevirdə insanlığa sığmayan hadisə baş verib. Ata psixi pozuntulardan əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını iplə bağlı saxlayıb.
Hətta onu döydüyü bildirilir. Hadisə ictimailəşən kimi kişi şübhəli şəxs qismində saxlanaraq istintaqa cəlb edilib.
Bununla bağlı bəzi internet portallarında fotoşəkillər yayılıb. Məhz bundan sonra hüquq mühafizə orqanları hərəkətə keçib.
Ailə Mingəçevir şəhərində kirayədə yaşayır. Qonşular onların təxminən 5 ay öncə bura köçdüklərini deyirlər. Ailənin qonşularla münasibətləri də olmayıb. Hadisədən isə küçəyə polislər gəldikdən sonra xəbər tutduqlarını bildirirlər.
19 yaşlı qızın, atası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsi barədə şəhər prokrorluğu da məlumat yayıb.
Fakta görə Cinayət Məcəlləsinin "fiziki əzab verməklə işgəncə vermə" və "qanunsuz olaraq azadlıqdan məhrum etmə" maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ata şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istinraq tədbirləri davam etdirilir./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4039 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabr