Sosial şəbəkədə yayılan daha bir foto ÜRƏKLƏRİ DAĞLADI
Narkotik gənc nəsli məhv etməyə davam edir.
Sonxeber.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan 29 yaşlı gənc xanımın fotosu ürək dağlayıb.
Sosial şəbəkə istifadəçisi Rumiyyə Aslan adlı xanım mənzərə qarşısında dəhşətə gəldiyini qeyd edib.
O bildirib ki, heç bir yer onu qəbul etməsə də, gənc qadını ortada tək qoya bilməyib:
"Bu narkotikin məhv etdiyi daha bir qadın, daha bir faciədir. 1993-cü il təvəllüdlü Vüsalə, 29 yox, 92 yaşlı qadına dönüb. Onun bütün bədəni yaradır, yaralarından isə irin tökülür, bədənində əl vurmağa salamat yer qalmayıb, rəsmən leş qoxusu verir, burnundan belə irin tökülür. Səhiyyə Nazirliyindən Elvin bəyin köməkliyi ilə Narkoloji dispanserə apardım. Təəssüf ki, həm yaralara, həm də gəzə bilmədiyinə, tualetə belə gedə bilmədiyinə görə qəbul etmədilər. Dispanserdə yataq xəstələri üçün şərait və reanimasiya yoxdur. Ancaq Vüsaləni o durumda qoyub gedə bilməzdim. Sağ olsun Aynurə xanım, uzun danışıqlardan sonra "Respublikanski" xəstəxanasından yer ala bildi. BŞTTY-nin baş həkim müavini Nurlana xanımn köməyi ilə təcili yardımla aparıb xəstəxanaya yerləşdirdim. Ancaq onun sağalacağına inanmıram. Sağalsa belə, ayağı amputasiya olunacaq.
Həyatımda ilk dəfə idi, kiminsə ölməsini istəyirdim. Neçə gündür sağalması üçün Allaha yalvardığım adamın ölümünü arzuladım. Həm də çox dəhşətli mənzərə, dəhşətli durumdur. Onu axtardığım müddətdə nə qədər onun kimisi ilə qarşılaşdım.
Xahiş edirəm, övladlarımıza sahib çıxaq, bu bəlaya yuvarlanmalarına mane olaq! Vüsalə və Vüsalə kimilərini göstərək, baxıb dərs alsınlar, nəticə götürsünlər. Vallah, çox faciəvi vəziyyətdəyik. Bir qədər də davam eləsə, salamat gənc qalmayacaq. "SOS" zamanı çoxdan keçib..."
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4426 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabr