Niyə xəstənin sağalmasını səhiyyə yox, televiziya həll edir?-AÇIQLAMA

Niyə xəstənin sağalmasını səhiyyə yox, televiziya həll edir?-AÇIQLAMABu gün hüquqi, sosial, sağlamlıq və digər problemləri olan bir çox insanlar televiziyalara üz tuturlar. Daha çox isə boşanan və xəstəliyi olan şəxslər yardım üçün efirlərə çıxırlar. Vəkillər, səhiyyə əməkdaşları və digər müvafiq orqanlar zəifdirmi ki, onlar etməli olduğu işi aparıcılar edirlər?! Niyə xəstənin problemini həkim yox, boşanananların məsələsini, aliment ala bilməyənin işini vəkil yox, məhz televiziya və ya aparıcılar həll edirlər?

Məsələ ilə bağlı Sonxeber.az-a tanınmış jurnalist və publisist, media eksperti, filologiya elmləri doktoru, BDU-nun professoru, "AZLEKS" elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli açıqlama verib.

Niyə xəstənin sağalmasını səhiyyə yox, televiziya həll edir?-AÇIQLAMAO, çoxlarının redaksiyalara, aparıcılara, televiziyalara, saytlara müraciət edib, dərdlərini sosial şəbəkələrdə bildirdiklərinin səbəbini belə izah edib:

"Şübhəsiz ki, dövlət qurumlarına da müraciət edənlər çoxdur. Niyə daha çox mediaya üz tuturlar? Bir çox hallarda müraciət edən şəxslər, dövlət qurumlarından o yardımı ala bilmirlər. Ona görə də problemlərinin ictimailəşdirilməsini istəyirlər.

Çünki bəzən dəfələrlə o müəssisələrə "ayaq döyürlər", "süründürməçilik"lə üzləşirlər və artıq ümüdlərini, inamlarını, etibarlarını itirirlər. Elə televiziyalara müraciət edənlərin artmasının da səbəbi budur.

Digər bir səbəb isə bu mövzuda televiziyaların həddindən artıq çox veriliş yayımlamasıdır.

Bəziləri daha çox tamaşaçı cəlb etmək üçün bu cür problemi olan insanları ekran qarşısına çıxarırlar. Çox hallarda heç onların problemlərini həll eləmirlər. Amma yenə də axın yaranır. "Domino" effekti kimi, birinin ardından başqaları da müraciət edirlər.

Lakin onların müraciətlərində də qeyri adi bir şey görmürəm. Çünki qəzet, sayt, media ictimai tribunadır. İnsanların problemlərinin həllinə ümid bəslədikləri bir platformadır.

Ona görə də, biz çalışmalıyıq ki, belə insanların problemləri aidiyyəti qurumlarda anındaca həll olunsun. Bəzən orada qanunun hərfinə qədər bir çox maddələr tətbiq olunur. Amma bu, problemin həllinə kömək etmir. Nəticədə, insanlar dərdlərini televiziyalarda, sosial şəbəkələrdə deyirlər.

Biz vətəndaş məmnunluğu üçün çalışmalıyıq ki, o şəxslərin problemləri həll edilsin.

Həll etmək üçün bizdə insanların dərdinə çarə olan, "başdan etməyən", onlara normal yanaşan, vicdanlı məmurlar, şikayətə baxan normal mexanizm olmalıdır. Belə olanda da, əlbəttə ki, şikayətçilərin sayı azalacaq.

Mən televiziyaları yalnız bir şeydə qınayıram ki, bəzən onlar psixi problemləri olan adamları efirə çıxarırlar. Hər hansı bir səbəbdən psixi pozğunluğu olan insanları efirə çıxarmaq günahdır. Heç onların çoxu danışdığı problemlərin mahiyyətini də bilmir.

Ona görə də televiziyalar, aparıcılar bu məsələdə həddindən artıq həssas və diqqətli olmalıdırlar".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3159   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr