Azərbaycanda ƏDV-nin ləğvi çap mediasına necə təsir edəcək? - AÇIQLAMA
Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 18 faiz ƏDV-nin ləğv olunması çap medianın inkişafına necə təsir edəcək?
Məsələ ilə bağlı Sonxeber.az-a Modern.az saytının redaktoru Əfqan Qafarlı fikir bildirib.
O, Azərbaycanda çap mediasının onsuz da çətin günlər yaşadığını qeyd edib:
"Üstəlik kağız məhsullarının idxal və satışına görə 18 faiz əlavə dəyər vergisinin mövcudluğu vəziyyəti bir az da qəlizləşdirirdi. Qəzetlər üçün reklam bazarındakı məhdudiyyətlər və digər iqtisadi səbəblər, eləcə də qeyd etdiyimiz ƏDV-nin tətbiq olunması bir çox yazılı KİV-ləri – qəzetləri son illər kağız formatından imtina etməyə, elektron varianta keçməyə məcbur etmişdi. Doğrudur, bu məsələdə əsas səbəb təkcə ƏDV ilə bağlı deyil. Amma ƏDV-nin təsiri də az deyildi. Təbii ki, yuxarı maya dəyəri və digər xərclər kitab, jurnal və qəzet satışna mənfi təsir göstərirdi. Kitab oxumaq istəyənlər az deyil. Amma satış qiymətləri qalxa-qalxa gedirdi. Nəhayət çap məhsullarının hazırlanması üçün lazım olan kağızın ƏDV-dən azad edilməsi alqışlanan bir qərardır. Hesab edirəm ki, bu, yazılı mətbuatın inkişafına müsbət təsir edəcək.
Eyni zamanda, nəşriyyatların da işi bir qədər yüngülləşəcək, onların xərcləri müəyyən qədər azalacaq. Bu da son nəticədə kitab, jurnal və qəzet çapında özünü göstərəcək. Ən azı satışda qiymətlər müəyyən qədər azala bilər".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1603 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabr