Əməkdar artist prorektoru məhkəməyə verdi: Günahsız hesab edildi
Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
APA xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib.
Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu "WhatsApp" qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər paylaşıb. Orada onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən rüşvətə görə qovulduğu barədə məlumat verilib.
Xüsusi ittihamçı iddia edib ki, Elmira Pənahova bir neçə il əvvəl təkzib verilmiş xəbəri qrupa qəsdən ataraq onu nüfuzdan salmaq istəyib.
Məhkəmə xüsusi ittihamçının şikayətini icraata qəbul edib. Bir neçə ay davam edən məhkəmə araşdırması nəticəsində ittiham olunan şəxsin günahsız olduğu elan olunub.
Məhkəmə belə qənaətə gəlib ki, sözügedən qrup yazışmasında Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı məlumat və onun təkzibi dərc olunub. Yəni həmin qrupda Fərhunə Atakişiyevaya qarşı böhtan xarakterli fikir bildirilməyib.
Hökmə əsasən, Elmira Pənahovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2485 Tarix: 13 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)
Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri
7 mayŞabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO
Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm
7 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayNazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr
7 mayHava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd
7 mayAzərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B
7 mayBu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd
7 maySumqayıt stadionunda faciəvi hadisə
Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka
7 mayXərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk
6 may