Azərbaycanda bağ mövsümü başlayır - Qiymətlər münasibdirmi?

Azərbaycanda bağ mövsümü başlayır - Qiymətlər münasibdirmi?Azərbaycanda bağ mövsümünün başlamasına sayılı günlər qalıb.

Bir azdan havaların istiləşməsi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edəcək.

Söz yox ki, Bakıda yaşayanların az qisminin - imkanlı təqəbəsinin Abşeronda, dəniz kənarında və yaxud dənizə yaxın ərazilərdə həyət evi var. Bu cür əmlaka sahib olmayanlar isə bir qayda olaraq bağ evlərinin kirayəsi bazarına üz tutur, münasib qiymətə bir ay da olsa bağda yaşamağa çalışırlar. Bəs kirayə bazarında qiymətlər münasibdirmi?

"Report" bu suala cavab tapmaq üçün daşınmaz əmlak bazarı üzrə ekspertlərlə həmsöhbət olub.

"Kirayə bazarında rəqabət güclənib"

Onlardan biri, Elnur Azadov hesab edir ki, bu il bağların kirayə qiymətləri ötən illə müqayisədə aşağı olacaq:

"Son iki-üç ildə Azərbaycanda bağ evlərinin tikilməsinə xeyli investisiya qoyulub, iş adamları bu sahədə fəallıq göstəriblər. Son nəticədə kirayə bazarı bir ilə təxminən 10% böyüyüb və bazarda rəqabət güclənib. Odur ki, bu il qiymətlərin ötən illə müqayisədə aşağı olacağı gözlənilir".

Bununla belə, onun fikrincə, hazırda torpaq sahəsi alıb, orada bağ evi tikmək sərfəli deyil:

"Ən yaxşısı - köhnə bağ evini alıb, onu təmir etməkdir. Çünki evin inşası hazırda baha başa gələr. Tikinti materiallarının qiymətləri azı 15-20% artıb. Hesab edirəm, yaxın illərdə bu sahəyə yatırım etmək sərfəli olmayacaq".

Pandemiyanın səngiməsi bağ evlərinə tələbatı azaldıb

Digər ekspert Elnur Fərzəliyev isə deyir ki, bağ evlərinə tələbatın pik həddi koronavirus (COVID-19) pandemiyasının kəskin vaxtlarında olub, hazırda isə yoluxma ilə bağlı vəziyyət sabitləşdiyindən bağ evlərinə tələbat azalıb:

"Qapanmalar olanda, rayonlara gediş-gəliş olmayanda azacıq imkanı olan hər kəs bağ evi kirayə götürürdü. Həmin vaxt da kirayə qiymətləri fantastik dərəcədə artmışdı. İndi isə qiymətlərdə azalma müşahidə edilir, çünki əvvəlki kimi tələbat yoxdur.

Bağ mövsümündə evləri kirayəyə daha çox rieltorlar götürürlər, daha sonra özləri günlük və yaxud həftəlik kirayə verirlər və qazanc əldə edirlər".

E.Fərzəliyev bağ evlərinin kirayə qiymətlərinin hansı intervalda dəyişdiyini də açıqlayıb:

"Günlük qiymətlər 70 manatdan 500 manata qədər, aylıq qiymətlər isə 500 manatdan 10 000 manata qədər dəyişir. Əvvəllər hər kəs istəyirdi ki, bağ dənizə yaxın olsun, yaşıllıq olsun. Dənizə çıxış da var idi. Hazırda isə dənizin ətrafı çox yerdə bağlıdır. Ümumiyyətlə, bağ evlərinin əksəriyyəti hər tərəfi hasar olan evlərdir. Əvvəl nəzərdə tutduğumuz bağ evlərindən söhbət gedə bilməz. Adi həyət evi sayılır. İnsanlar təbiət istəyir, buna görə də daha çox bölgələrə üz tuturlar. Bu gün bölgələrdə həyət evlərinin kirayə qiymətləri Bakıdakı bağ evlərinin kirayə qiymətlərinə yaxındır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1371   Tarix: 13 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Eyni mənzil bir neçə nəfərə satıla bilər: Vətəndaş özünü necə qorumalıdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən qarşılaşılan əsas risklərdən biri eyni əmlakın bir neçə şəxsə satılmasıdır. Belə hallar vətəndaşın həm ciddi maddi itkilərlə üzləşməsinə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər. Bəs belə hallarla qarşılaşmamaq, əmlakın hüquqi baxımdan təhlükəsizliyini təmin etmək üçü

21 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr