Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTO

Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTOVətən Müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır.

Sonxeber.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, zəfərlə başa çatan 44 günlük müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.

Döyüşlərdə hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə DQ-nin 4 nəfər hərbi qulluqçusuna Prezident İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Bunlar polkovnik Yusibov Zəfər Qəzənfər oğlu, polkovnik İmrəliyev Füzuli Şiraslan oğlu, mayor Qaflanov Şixamir Oruc oğlu (ölümündən sonra) və kapitan Bədəlov Nicad Mehman oğludur.

Polkovnik Zəfər Yusibov

Zəfər Yusibov 1982-ci ildə Şəkinin Çayqaraqoyunlu kəndində anadan olub. 1999-2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.

Hərbi hissə komandiri təyin olunmazdan öncə DQ-nin "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olan Z.Yusibov bir sıra peşə və ixtisasartırma kurslarında iştirak edib. Buna Komando, snayper, girovların təyyarədə, qatarda, avtobusda,yaşayış məntəqəsində azad olunması, sualtı axtarma və zərərsizləşdirmə kursları aiddir.
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTOVətən Müharibəsində Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə savaşıb və döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

O, Kəlbəcərin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunub. Ailəlidir, iki övladı var.

Şəhid mayor Şixamir Qaflanov

Şixamir Oruc oğlu Qaflanov 1986-cı ildə Zaqatalanın Dombabinə kəndində anadan olub.

Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTOKomandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmayıb. Tabeliyində olan şəxsi heyətlə qatıldığı 23 döyüşdə düşmənin canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində şəhid olub.

"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif olunan Şixamir Qaflanov şəhid olanda qızı Mədinə 4 aylıq idi.

Polkovnik Füzuli İmrəliyev

Beyləqanda anadan olan polkovnik İmrəliyev əslən Cəbrayıl rayonundandır.

"Kobra" Xüsusi Təyinatlı Dəstəsinin komandiri Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində, Daşaltının azad edilməsində və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTODöyüşlər zamanı düşmənin canlı qüvvələrinin və texnikasının məhv edilməsində fərqlənib, Şuşa istiqamətində yaralanıb.

Vətən Müharibəsi Qəhrəmanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunmasına görə medalları ilə də təltif olunub.

Kapitan Nicat Bədəlov

Bədəlov Nicat Mehman oğlu 12 dekabr 1989-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.

10 ildən çoxdur ki, XTD-də xidmət edir. İlk döyüşü Murovdağ istiqamətində, daha sonra Cəbrayıl, Xocavənd, Füzuli və Şuşanın azad olunması uğrunda olub. Bütün bu istiqamətlərdə gedən döyüşlərdə ön dəstədə vuruşub. Düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib.
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir? - FOTOFüzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. 2020-ci ilin dekabrında Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunarkən Laçında xidmətdə olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3077   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr