"Bu qərar kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq" - Deputat
İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mövzu ilə əlaqədar Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, media çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərara əsasən, ötən il dekabr ayının 3-də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilmişdi:
"Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərsliklərin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar müvafiq dəyişikliyin siyahısının təsdiq olunması Nazirlər Kabinetinə həvalə olunub.
Mayın 13-də isə Baş nazir bununla bağlı müvafiq qərar imzaladı. Bu qərar çap mediası məhsullarının maya dəyərinin və onların istehsal xərclərinin ciddi şəkildə azalmasına, nəticə etibarilə isə bu sahənin inkişafına təkan verəcək. Bundan sonra kitab, jurnal və qəzet üçün lazım olan kağızın 18 faiz əlavə dəyər vergisindən azad edilməsi müəyyən müddət ərzində hökm sürən durğunluğun aradan qalxmasına gətirib çıxaracaq. Təssüf ki, hazırda, müasir tələblərə uyğun olaraq, çap mediasina maraq az idi. Düşünürəm ki, bu qərar çox yerində və düzgün oldu.
Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək hətta yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək.
Qeyd edim ki, bu qanun layihəsi davamlı olacaq və mərhələ ilə bir çox sahəni əhatə edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1100 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabr