DYP-dən iki aylıq körpənin ölümünə səbəb olan Bakı-Quba yolu ilə bağlı XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.
Müraciətdə deyilir:
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə ikitərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılıb.
DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir".
Qeyd edək ki, 12 may tarixində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin qəzada ölənlərdən biri 2 aylıq Mədinə Xudabaxşıyeva idi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1505 Tarix: 14 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabr