Üç qurumdan səhiyyədəki dəyişikliklərlə bağlı açıqlama

Üç qurumdan səhiyyədəki dəyişikliklərlə bağlı açıqlamaSəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB səhiyyə idarəetməsi sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirib.

Sonxeber.az 3 qurumun birgə yaydığı məlumatı təqdim edir:

"Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti mayın 13-də fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılmışdır. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib. Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac var. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq.

Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və səhiyyə sisteminin davamlı inkişafı əlavə insan resurslarına ehtiyac yaratmışdır. Səhiyyə sistemində fəaliyyət göstərən tibb işçiləri ilə ardıcıl işin aparılması, sistemin davamlı təkmilləşdirilməsi, fəaliyyətin günün tələblərinə uyğun qurulması üçün nazirliyin aparatının ştat vahidlərinin sayı 130-a çatdırılmışdır.

Fərmana əsasən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1153   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)

Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri

7 may
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

7 may
.

Hacı Vəliyevə hökm oxundu

Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"

6 may
.

Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr

7 may
.

Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

7 may
.

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B

7 may
.

Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd

7 may
.

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb. Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 199-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşka

7 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may