General Talıbova raport verdi

General Talıbova raport verdiNaxçıvan Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, yenidənqurma işləri aparılan 320 yerlik əsgər yataqxanası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Mərkəzləşdirilmiş istilik və videonəzarət sistemi quraşdırılmış binada növbətçi və iş otağı, hər biri 32 yerlik 10 yataqxana, silah, sinif və məişət otaqları yerləşir. Diviziyanın idman kompleksi də yenidən qurulub, voleybol və basketbol yarışlarının keçirilməsi üçün böyük zal, kişilər üçün trenajor, qadınlar üçün fitnes zalı, 2 məşqçi otağı, qazanxana və texniki otaqlar istifadəyə verilib. Kompleksə 18 idman aləti və aparatı qoyulub.

Hərbi hissənin sıra meydanında, hərbi şəhərcikdə, taktiki, atəş, ləpirçilik, mühəndis və idman şəhərciklərində, futbol meydançasında, yay sinif otaqlarında və maneələr zolağında təmir işləri aparılıb. Bununla yanaşı, ərazidə 1600 metrlik suvarma xətti çəkilib, 1,5 hektar yaşıllıq salınıb.

Ali Məclisin Sədri diviziyada tikiləcək hamam-camaşırxana kompleksinin ərazisinə və layihəsinə də baxıb. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 2 mərtəbədən ibarət olacaq binada hamam, camaşırxana, yuyucu maddələr və əşya anbarları, soyunub-geyinmə otaqları, bərbər, ayaqqabı təmiri, dərzi və digər xidməti otaqlar yerləşəcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və ətrafda yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyada aparılan yenidənqurma işlərinə və sərhədçilərə göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da etimadı doğruldacaqlarına, sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə keçmiş 41-ci sərhəd dəstəsinin əmlak və silah-sursatının tamamilə muxtar respublikaya təhvil verildiyini və Naxçıvan Sərhəd Dəstəsinin yaradıldığını bildirib, Azərbaycanın üçrəngli bayrağının qaldırıldığı ilk sərhəd dəstəsi kimi Naxçıvan Sərhəd Dəstəsinin keçdiyi yola nəzər salıb. Həmin dövrdə Ordubad rayonu ərazisində iki, Şərur rayonu ərazisində isə bir zastavanın Ermənistan sərhəd qoşunlarının tabeliyindən geri alındığını bildirən Ali Məclisin Sədri Naxçıvan Sərhəd Dəstəsinin inkişaf edərək Naxçıvan Əlahiddə Sərhəd Diviziyasına çevrildiyini və muxtar respublikada dövlət sərhədlərimizin etibarlı mühafizə edildiyini diqqətə çatdırıb.

Ali Məclisin Sədri şəxsi heyətə təşəkkür edib, idman kompleksindən sərhədçi ailələrinin də istifadə etməsi, müxtəlif idman növləri üzrə daxili yarışların keçirilməsi barədə tapşırıqlar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1758   Tarix: 14 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr