"Netwoking Azerbaijan" növbəti tədbirini keçirib - FOTO
Ənənələrinə sadiq qalaraq, "Netwoking Azerbaijan" hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub və 12 may tarixində növbəti tədbirini keçirib.
Sonxeber.az xəbər verir ki, bu dəfə tədbir "Crazyy Chameleon" restoranında geyri rəsmi formatda keçirilib.
Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar bir ay fasilədən sonra nəhayət bir yerə toplaşa və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə,
fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar.
50 nəfərin iştirak etdiyi gecədə biznes klubunun təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırıb. İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. Qonaqlar arasında müxtəlif yarışmalar
keçirilib, sonda isə ən fəal qonaqlara "Agromix" və "Crazy Group" tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
"Networking Azerbaijan" biznes klubu, bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.
Qeyd edək ki, "Networking Azerbaijan" biznes klubu şirkət rəhbərləri, holdinqlərin aparıcı nümayəndələri və dövlət nümayəndələri arasında biznes əlaqələrinin qurulması üçün tədbir keçirən təşkilatdır.
"Networking" - həyatda mürəkkəb vəzifələri və biznes məsələlərini dost və tanışlar vasitəsilə maksimal olaraq tez və səmərəli həll etməyə yönələn sosial və peşəkar fəaliyyətdir. "Networking"in əsasını insanlarla inam və etibara əsaslanan uzunmüddətli münasibətlərin, yeni tanışlıqların, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafı təşkil edir. Bu klub sizə peşəkar əlaqələrlə yanaşı, bir çox insanların dostluğunu da qazandırmağa kömək edə, gələcəkdə potensial partnyor və ya müştəriləriniz olacaq digər işgüzar insanlarla tanış etməkdə yardımçı ola bilər.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 956 Tarix: 16 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAli Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabr