Bu gün qəbul imtahanı var

Bu gün qəbul imtahanı varBu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (I cəhd) keçiriləcək.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulub.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Mayın 21 və 22-də imtahan keçiriləcək şəhər və rayonlarda ümumilikdə 189 imtahan binası, 3322 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 189 ümumi imtahan rəhbəri, 544 imtahan rəhbəri, 4158 nəzarətçi-müəllim, 503 buraxılış rejimi əməkdaşı, 189 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 60 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 763   Tarix: 21 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Ərzaq qiymətləri yenə artır: Qışda vətəndaşları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Ərzaq məhsullarının qiymətlərində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Sentyabrda isə bu məhsullar üzrə qiymə

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət

22 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr