Deputatlar da "uşaq pulu" istədilər – "3 uşağı olan ailələrimiz niyə çoxuşaqlı hesab edilmir?"
"Uşaq pulu məsələsinə insan kapitalı aspektindən baxılmalıdır. Uşaq pulu keyfiyyətli təhsil, keyfiyyətli səhiyyə və keyfiyyətli qidaya çıxış deməkdir".
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Milli Məclisin deputatı Azər Badamovun ünvanlı sosial yardımın uşaq pulu ilə əvəzlənməsi təklifinə münasibət bildirərkən deyib:
"Pandemiyadan sonra uşaq pulu məsələsi daha da aktuallaşıb. Dünya təcrübəsi göstərir ki, hansı ölkələrdə əhalinin sosial müdafiəsi üçün dayanıqlı mexanizmlər varsa, həmin dövlətlərdə pandemiya məhdudiyyətləri əhalinin rifahına daha az zərbə vurub.
Çünki onların gəlir mənbəyinin böyük hissəsi davamlı hesab olunur. Xəstəlikdən qorunmağın preventiv üsullarından biri də sağlam qidalanmadır. Bu kimi məsələlər mövzunun əhəmiyyətini bir daha sübut edib".
Ekspertə görə, Azərbaycanda demoqrafiq vəziyyətin yaxşı olmaması da uşaq pulunu vacib edir:
"Keçən əsrin 90-cı illərində hər min nəfərə 20 nəfərdən artıq doğum olsa da, 2020-ci ildə göstərici 8,4-ə düşüb. Belə tempdə 2050-ci ildə isə 3,4 nəfərə düşəcək. Ünvanlı sosial yardım mexanizmi də dayanıqlı həll yolu deyil. Dövlətin pulu azalanda ona ayrılan vəsait də azalır. 2014-cü ildə 160-170 min ailə ünvanlı sosial yardım alırdı. 2015-ci il böhranından sonra isə artmalı olduğu halda, belə yardım alan ailələrin sayı 2-2,5 dəfə azaldı. Nəticədə ünvanlı sosial yardım böhran dövründə əhalinin rifahını dəstəkləmədi".
Deputat Fazil Mustada da həmkarının fikirlərinə dəstək verib:
"Hər ailəyə uşaqların sayına görə verilməlidir. Bu zaman çox uşaqlı ailənin müəyyənləşdirilməsi üçün say nisbətinin azaldılmasına da ehtiyac var. 3 uşağı olan ailələrimiz niyə çoxuşaqlı hesab edilmir? İndiki dövürdə onlar da çoxuşaqlı ailə hesab edilməlidir. Ünvanlı sosial yardım uşaq pulu ilə əvəzlənməlidir"./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1109 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrAzərbaycanda yağ kəskin bahalaşdı
Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər
21 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabr