Mask cinsi təcavüzdə ittiham olunur
Milyarder İlon Maskın ətrafında yeni qalmaqal alovlanır.
Sonxeber.az "İnsider"ə istinadən xəbər verir ki, İlon Maskı cinsi təcavüzdə ittiham edən stüardessanın susması üçün 2018-ci ildə "SpaceX" şirkəti ona 250 min dollar ödəyib.
Zərərçəkmiş bildirib ki, milyarder şəxsi təyyarənin göyərtəsində ona cinsi orqanını göstərib, onun razılığı olmadan onun ayağını sığallayıb, ondan erotik masaj etməyi xahiş edib və bunun müqabilində ona at alacağına söz verib. O, hadisə barədə "SpaceX"-ə məlumat verdikdən sonra Maskın şirkəti ona 250.000 dollar təzminat ödəyib. Vəziyyətdən xəbərdar olan stüardessanın rəfiqəsi təfərrüatları nəşrə danışıb.
Bildirilib ki, stüardessa "SpaceX"in şəxsi reaktiv donanması üçün müqavilə əsasında işləyib. O, rəfiqəsinə etiraf edib ki, stüardessa kimi işə düzəldikdən sonra Maskı masaj edə bilməsi üçün ona masajçı kimi lisenziya almağı təklif ediblər. İddialara görə, 2016-cı ilin sonlarında Londona gedərkən Gulfstream G650ER təyyarəsində belə bir masaj zamanı Maskın ona belə nalayiq bir təklif edib.
"Insider" şərh üçün Mask ilə əlaqə saxladıqdan sonra iş adamı cavab "Bu hekayə daha dərinə gedir" cavabını verib və hadisənin siyasi motivləri olduğunu iddia edib.
"Əgər cinsi təcavüzə meylli olsaydım, 30 illik karyeram ərzində çətin ki, bu, ilk dəfə olardı və çoxdan üzə çıxardı" , - Mask açıqlamasında bildirib. Milyarder həmçinin qeyd edib ki, indi ona qarşı onu gözdən salmaq üçün kampaniya başlaya bilər.
Nəşr iddialara münasibət bildirmək üçün ikinci dəfə müraciət etsə də, milyarder buna cavab verməyib.
Nəşr stüardessa ilə əlaqə saxlasa da, onun özü bu xəbəri şərh etməkdən imtina edib. Hər iki şəxsin kimliyi nəşrə məlumdur, lakin təhlükəsizlik baxımından onlar anonim saxlanılıb.
Məlumat üçün bildirək ki, bu ilin aprel ayında Mask "Forbes" jurnalına görə dünyanın ən zəngin adamı olub. Onun sərvəti 219 milyard dollar olaraq qiymətləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 523-1-ci maddədə əksini tapıb. Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxu
6 mayMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayBağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki
7 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayNaxçıvanda daha bir həkim öldü
Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. * 13:20. Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxta
6 mayAliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Boşanmalardan sonra ən çox mübahisə doğuran məsələlərdən biri aliment ödənişləri ilə bağlı olur. Bəzi hallarda valideynlər məhkəmə qərarına baxmayaraq aliment ödəməkdən yayınır ki, bu da həm uşağın maddi təminatına, həm də ailədaxili münasibətlərə ciddi təsir göstərir. Bəs aliment ödəməyən şəxslərl
7 mayQlobal aviasiyada böhran dərinləşir: uçuşlar azalır, biletlər bahalaşır
"Financial Times" yazır ki, İranda baş verən münaqişə fonunda artan yanacaq qiymətləri qlobal aviasiya sektoruna ciddi təsir göstərib. Məlumata görə, təyyarə yanacağının qiymətində ikiqat artım qeydə alınıb ki, bu da birbaşa olaraq aviabiletlərin bahalaşmasına səbəb olub. Nəticədə həm sərnişi
6 may