Azərbaycanda 17 yaşlı gənc FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO
İki müxtəlif rayonda elektrik cərəyanı can alıb. Şirvanda 17 yaşlı yeniyetmə, şamaxıda isə 53 yaşlı kişi dünyasını dəyişib.
17 yaşlı yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə səhər saatlarında Şirvan şəhəri Şəhriyar küçəsində qeydə alınıb. Həmin ərazidə yerləşən elektrik transformatorunun yaxınlığında şəxsiyyəti məlum olmayan yeniyetmənin meyiti aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Yeniyetmənin meyiti müayinə olunması üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinə aparılıb. Araşdırmalar zamanı həmin şəxsin Şirvan şəhər sakini, 17 yaşlı Əli Ələkbərov olduğu müəyyən edilib. Tibbi ekspertiza yeniyetmənin elektrik cərəyanı vurması nəticəsində öldüyünü təsdiqləyib.
Ehtimal olunur ki, ötən gün aramsız yağan yağışlar nəticəsində trasformatorun ətrafında elektrik dirəyində nəmişlik yaranıb. Bu zaman elektrik dirəyində elektrik enerjisinin keçiriciliyi artıb. Nəticədə dirəyə toxunan yeniyetməni elektrik enerjisi vuraraq öldürüb.
Şamaxı rayonunda da bədbəxt hadisə baş verib. Hadisə zamanı "Aztelekom" MMC-nin əməkdaşı yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində dünyasını dəyişib..
Qurumun Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən 53 yaşlı Cahangir Tanrıverdiyev telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqili yüksək gərginlikli elektrik xəttinə toxunub və nəticədə o, dünyasını dəyişib.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Süni intellekt indi də oğurluq etdi
Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar