"Sənət insanlarının öz büdcələri, şəxsi mənfəətləri üçün efirdə pul yığmaları düzgün deyil"

"Sənət insanlarının öz büdcələri, şəxsi mənfəətləri üçün efirdə pul yığmaları düzgün deyil"Son zamanlar televiziyada yayımlanan yardım kampaniyaları gündəmdə müzakirə olunan mövzular sırasındadır.

Azərbaycan xalqının xeyirxah və mərhəmətli olması nəticəsində bu yardım kampaniyaları faydalı olur. Belə layihələr sayəsində bir çox xəstə uşaqlar şəfa tapır, qazilər müalicə alır. Bunlar təqdirəlayiqdir. Kampaniyaların genişlənməsi nəticəsində televiziyalara olan müraciət sayı daha da artırır. Lakin vəziyyət o həddə çatıb ki, bəzi sənət adamları bundan sui-istifadə etməyə çalışırlar. Efirdə ekspertlə sənət insanlarının sözü bir-birinin boğazından keçmir və izləyicilər qalmaqallı anlara tamaşa edirlər.

Bəs bütün bunların baş verməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Sonxeber.az saytına teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli açıqlama verib.

O bildirib ki, efirlərdə kimin hansı məqsədlə pul toplaması araşdırılıb dəqiq bilinməlidir:

"Televiziyada bu tip verilişlərin artması müraciətlərin artmasına gətirib çıxarır. İctimai əhəmiyyət kəsb edən kampaniyaların olmasına, "YAŞAT" Fondu daxil olmaqla, cəmiyyət kömək edir. Digər məsələlərdə isə format və məqsəd ciddi düşünülməlidir və televiziyanın aydın baxışı olmalıdır. Televiziyalar bu məsələyə qarşı həssas və diqqqətli olmalıdır. Hər şey ücün televiziyaya çıxıb pul istəmək yanlış yanaşmadır".

Teletənqidçi sənət insanlarının efirə çıxmasına da fikir bildirərək qeyd edib ki, bir zamanlar camaat müğənnilərdən pul istəyirdi, amma indi situasiya dəyişib:

"Sənət insanlarının da nəyəsə ehtiyacı ola bilər. Bu təbiidir, amma o ehtiyacın ictimai yönü var ya yox? Buna diqqət olunmalıdır.

Sənət insanlarının öz büdcələri, şəxsi mənfəətləri üçün efirdə pul yığmaları düzgün deyil, amma ictimai bir layihə, yaradıcılıq üçün müraciət edirsə, bu, təbii haldır".

AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1621   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr